Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:06

Obama və Putin 1.5 saat telefonda nədən danışdılar? (1 mart xronikası)

Rusiya parlamenti Ukraynada RF ordusunun istifadəsi üçün Putinə yaşıl işıq yandırdı. Kırm Rusiya silahlıraının nəzarətindədir. Onlar quru, hava və dəniz yollarını bağlayıblar. Obama Rusiyaya xəbərdarlıq etdi: Rusiya Krıma müdaxilə etsə, bu, onun üçün yaxşı qurtarmayacaq!

Krımda silahlı dəstələrin köməyi ilə Rusiyapərəst deputatlar Kırm Ali Radasının və nazirlər kabinetinin rəhbərliyini dəyişəndə sonra, yarımadaya gedən yollar və hava limanları silahlı dəstələr tərəfindən nəzarətə götürülüb. Yollara Rusiya Ordusuna məxsus hərbi texnika çıxarılıb. Ukraynanın sabiq prezidenti Yanukovych Rusiyanı hadisələrə müdaxilə etməyə çağırıb. Rəsmi Moskva Krımın müraciətini cavabsız qoymayacağını bəyan edib. Uktaynanın yeni rəhbərliyi Krımda baş verənləri pisləyib. AzadlıqRadiosu hadisələrin gedişini yaxından izləyib bu bloqu daim yeniləyir. Ən sonuncu postlar bloqun yuxarı hissəsindədir, onun sonundakı «davamı» düyməsi ilə blqou «səhifələyərək» günün əvvəlində dərc olunan xəbərlərlə tanış olmaq mümkündür.

01:33 2.3.2014
Martın 1-də BMT-nin baş qərargahında Ukrayna böhranı müzakirə olundu. Rusiyanın nümayəndəsi Ukraynaya hərbi müdaxilə haqda ittihamları rədd edərək, Krım əhalisinin həyat və yaşayışına təhlükə olduğunu və onların özlərini müdafiəyə qalxdığını dedi, Yanukovych-in devrilməsini qanunsuz adlandlrdı. Böyük Britaniyanın nümayəndəsi Rusiyanı Ukraynanın yeni hökumətini tanımağa çağırdı, Rusiyadan Krım əhalisinə olan təhlükə iddialarına sübutlar gətirməyi tələb etdi. ABŞın BMTdəki səfiri isə bildirdi ki, Rusiya Ukraynanın yeni höküməti ilə birbaşa danışıqlara girməlidir. Onun fikrincə Krıma beynəlxalq müşahidəçilərin göndərilməsi gərginliyi azalda bilər.BMT TŞ məsləhətləşmələri bağlı qapılar arxasında davm etdirir.

Videoda kuluarlarda jurnalistlərlə danışan Ukraynanın BMT-dəki nümayəndəsi Yuriy Sergeyev Yanukovych-in bəyanatlarının psixiatr şərhinə ehtiyac olduğunu deyir. Bildirir ki, Rus hərbçiləri artıq bir neçə gündür ki, Krımda fəaliyyətə başlayıblar və onların sayı durmadan artır. Onun sözlərinə görə, BMT-nin sənədlərindəki "işğal" terminin izahı tamamilə Rusiyanın Kırmdakı hərəkətlərinə uyğun gəlir.

23:49 1.3.2014

Ukrayna ordusuna tam döyüş hazırlığı əmri verildi

Kiyev silahlı qüvvələrə tam döyüş hazırlığı əmri verib və Rusiyanı xəbərdar edir ki, Ukraynaya hər hansı hərbi müdaxilə müharibəyə səbəb olacaq.

Bu barədə Ukraynanın fəaliyyətdə olan prezidenti Oleksander Turchinov martın 1-də ölkənin təhlükəsizlik və müdafiə sektorunun rəhbərləri ilə 3 saatlıq müzakirədən sonra bildirib.

Ukraynanın Baş naziri Arseny Yatseniuk da rusiyalı həmkarı Dmitry Medvedevlə telefon söhbətində Rusiyanı öz ordu hissələrini Krım yaxınlığındakı bazalarına geri çəkməyə çağırdığını bildirib. Baş nazir də deyib ki, Ukraynaya hər hansı hərbi müdaxilə müharibəyə və Rusiya ilə bütün əlaqələrin kəsilməsinə səbəb olacaq.
23:35 1.3.2014
Ukrayna yardım üçün beynəlxalq institulara müraciət edir

Ukraynanın xarici işlər naziri NATO-ya, Avropa Birliyinə, BMT-yə üz tutur.


NATO Moskvanı Ukraynanın suverenliyinə hörmət etməyə çağırır


NATO-nun Baş katibi Andres Fogh Rasmussen Rusiyanı Ukraynanın cuverenliyinə hörmət etməyə çağırıb. Rasmussen bildirib ki, NATO üzvləri Ukrayna ətrafında yaranan vəziyyəti bir-biri ilə əlaqəli şəkildə yaxından izləyir.
Eyni məzmunda bəyanatla çıxış edən Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton da deyib ki, Rusiyanın ordudan istifadəsi “gərginliyi arzuedilməz şəkildə qızışdıra bilər”.

Ukrayna ərazisində naməlum ordu birlikləri (Yeni fotolar)
Krımda və Ukraynanın Rusiya ilə sərhəd şəhərlərində peyda olan əsgərlərin geyimlərində hansı ölkənin ordusuna məxsus olmaları görünməsə də onlar adətən Rusiya tərəfdarları olduqları deyilən mülki sakinlərin qaldırdıqları Rusiya bayraqları altında keçik çəkirlər. Rusiya parlamentindən razılıq alsa da prezident Vladimir Putin Ukraynaya ordu yeritmək barədə hələlik rəsmi əmr imzalamayıb.
22:47 1.3.2014


“Memorial” Ukraynaya ordu yeridilməsini cinayət adlandırır

Rusiyadakı insan haqlarını müdafiə təşkilatı – “Memorial” martın 1-də yaydığı bəyanatında Ukraynaya ordu yeridilməsi qərarını cinayət adlandırır: “Bu tək Ukraynaya, yaxud Rusiyaya qarşı cinayət deyil. Bu, Rusiya mədəniyyətinə, Rusiya tarixinə, Ukrayna tarixi və mədəniyyəti ilə qaynayıb-qarışmış dəyərlərimizə, eləcə də hər iki ölkənin gələcəyinə qarşı cinayətdir.

Ordunun “həmvətənlilərin qorunması” adı altında istifadəsi təcrübəsini əvvəllər də görmüşük. Bu, adətən təcavüzkarlıq üçün istifadə olunan bəhanədir. Əksinə, ordudan istifadə olunması bizim həmvətənlilərimiz üçün təhlükəyə çevrilir” – deyə “Memorial”ın bəyanatında qeyd olunur.

Davamı

XS
SM
MD
LG