Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:54

Obama və Putin 1.5 saat telefonda nədən danışdılar? (1 mart xronikası)

Rusiya parlamenti Ukraynada RF ordusunun istifadəsi üçün Putinə yaşıl işıq yandırdı. Kırm Rusiya silahlıraının nəzarətindədir. Onlar quru, hava və dəniz yollarını bağlayıblar. Obama Rusiyaya xəbərdarlıq etdi: Rusiya Krıma müdaxilə etsə, bu, onun üçün yaxşı qurtarmayacaq!

Krımda silahlı dəstələrin köməyi ilə Rusiyapərəst deputatlar Kırm Ali Radasının və nazirlər kabinetinin rəhbərliyini dəyişəndə sonra, yarımadaya gedən yollar və hava limanları silahlı dəstələr tərəfindən nəzarətə götürülüb. Yollara Rusiya Ordusuna məxsus hərbi texnika çıxarılıb. Ukraynanın sabiq prezidenti Yanukovych Rusiyanı hadisələrə müdaxilə etməyə çağırıb. Rəsmi Moskva Krımın müraciətini cavabsız qoymayacağını bəyan edib. Uktaynanın yeni rəhbərliyi Krımda baş verənləri pisləyib. AzadlıqRadiosu hadisələrin gedişini yaxından izləyib bu bloqu daim yeniləyir. Ən sonuncu postlar bloqun yuxarı hissəsindədir, onun sonundakı «davamı» düyməsi ilə blqou «səhifələyərək» günün əvvəlində dərc olunan xəbərlərlə tanış olmaq mümkündür.

17:10 1.3.2014
Sevastopolda silahlı qrup rəhbəri bilriri ki, Rusiya Müdafiə nazirliyinin Ukrayna sərhəd məntəqəsinin ələ keçirmək haqda əmrini yerinə yetirir
Sevastopolda yaraqlı dəstə
Sevastopolda yaraqlı dəstə

Ukrayna Dövlət Sərhəd xidməti bildirir ki, sərhəd qoşunlarının hərbi gəmiləri həyəcan sıqnalı ilə dənizə çıxıblar. “Dövlət sərhəd xidməti bəyan edir ki, xidmətin hərbi hissələrinin ələ keçirilməsinin qarşısını almaq üçün bütün qanuni yollardan istifadə edəcək və sərhəd mühafizəsi gəmiləri artıq həyəcan siqnalı ilə dənizə çıxıblar” – deyə Ukrayna sərhəd xidməti rəhbərinin təmsilçisi Sergei Astakhov Ukrayna mediasın açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna sərhəd xidmətinin Sevastopoldakı dəniz mühafizəsi hissəsini silahlı qrup ələ keçirmək cəhdi göstərib. Onlarla danışıqlar zamanı silahlı qurpun rəhbəri bildirib ki, Rusiya Müdafiə nazirliyinin Ukrayna sərhəd xidməti hissəsini ələ keçirmək haqda əmrini yerinə yetirir.
17:24 1.3.2014
Deyəsən məsələ ancaq Krımla məhdudlaşmır. Donbas və Xarkovda da Rusiyapərəst qüvvələr fəallaşır
18:08 1.3.2014
Krım sularında gərginlik yaranır (Xəritəni böyütmək üçün üstünə sıx)
Krımda Rusiya və Ukrayna hərbi dəniz bazalarının izahlı xəritəsi (Google)
Krımda Rusiya və Ukrayna hərbi dəniz bazalarının izahlı xəritəsi (Google)



Ukrayna sərhəd xidməti bir qədər əvvəl məlumat verirdi ki, silahlı dəstə xidmətin Sevastopol limanındakı gəmilərini ələ keçirmək istəyirdi. Gəmilər dənizə çıxandan sonra isə Rusiya hərbi dəniz donanmasının 3 raket kateri və "Moskva" raket hərbi gəmizi yaxınlaşaraq Balaklava körfəzində onların qarşısını kəsib
18:12 1.3.2014
Martın 1-də Xarkovda Avromaydan fəallarının da qərarlaşdığı şəhər bələdiyyəsinin binasına Rusiyapərəst qüvvələr hücum edib. Avromaydan və "Rusiyamaydan" fəalalrı arasında qarşıdurma baş verib. Hadisə yerindən canlı yayım verən AzadliqRadiosu Ukrayna xidmətinin əməkdaşı polis tərəfindən həbs olunub

Davamı

XS
SM
MD
LG