Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:39

Krıma zirehli texnika yığılır (3-4 mart xronikası)

Krıma 16 minə yaxın Rus hərbçisi gətirilib. Yarıformal yaraqlı dəstələr də "rusları" müdafiə etmək üşün yarımadaya axışmaqdadır. Ukrayna hərbi hissələri Rus ordusunun mühasirəsindədir, onlara saat 5-dək ultimatum verilib. Rusiyalı deputat Segey Markov bəyan edib ki, bu hərbçilərin su və işığını kəsmək lazımdır. Xarici ictimaiyyət regiona müşahidəçilərin göndərilməsi tələb edir. Putin Rus ordusunun Ukrayna sərhədlərində aparılan hərbi manevrlərini müşahidə edir. Pentagon Rusiya ilə hərbi əməkdaşlığı tamamilə kəsdiyini bəyan edib.

AzadliqRadiosu hadisələrin gedişi yaxından izləyərək bu bloqu Krımda, Ukraynda, Moskvada, Qərbdə və sosial şəbəkələrdə baş verən olaylarla yeniləyib. Ən yeni xəbərlər bloqun yuxarı hissəsindədir. "Davamı" düyməsini basmaqla bloqu "səhifələmək" olar. Martın 4-nün hadisələrini yeni Canlı bloqda izlə, Azadlqida qal!
01:24 3.3.2014
Putin Ukrayna üzrə beynəlxalq “əlaqə qrupu” yaradılmasına razılaşır

Almaniya bildirir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranına dair beynəlxalq “əlaqə qrupu” yaradılmasına razılaşır.

Almaniya hökumətindən yayılan məlumatda qeyd edilir ki, kansler Angela Merkel Rusiya prezidentinə dərhal beynəlxalq araşdırma missiyası və siyasi dialoqa başlamaq üçün “əlaqə qrupu” yaradılmasını təklif edib. Angela Merkel hesab edir ki, belə beynəlxalq “əlaqə qrupu” ATƏT-in himayəsi altında yaradıla bilər.
Almaniya hökumətinin rəsmi məlumatına görə kansler Merkel martın 2-də Rusiya prezidenti ilə telefon söhbətində bu ideyanı irəli sürüb. Kansler həmçinin Rusiya prezidentini Krıma hərbi müdaxilə ilə beynəlxalq qanunları pozmaqda ittiham edib.
Vladimir Putin isə beynəlxalq “əlaqə qrupu” yaradılması təklifini qəbul edib.

ABŞ prezidenti Barack Obama da martın 2-də Almaniya kansleri Angela Merkellə telefonda Ukrayna böhranını müzakirə edib.


Ukraynanın şərqində Rusiya təcavüzünə qarşı çoxminlik mitinq
Ukraynanın şərqində -Rusiya ilə sərhəddəki Sumi şəhərində Rusiyanın bu ölkəyə qarşı hərbi müdaxiləsinə etiraz olaraq çoxminlik etiraz aksiyası keçirilib. Martın 2-də keçirilən aksiyada Rusiya və onun prezidenti Vladimir Putin əleyhinə şüarlar səslənib:
Ukraynanın şərqində Rusiya təcavüzünə qarşı çoxminlik mitinq
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
01:43 3.3.2014
John Kerry Kiyevə gedir

ABŞ Dövlət Katibi John Kerry martın 4-də Kiyevə səfər edəcək.

Dövlət Depaertamentindən yayılan rəsmi məlumata görə John Kerry Kiyevdə ölkənin yeni hökumətinin rəhbərləri, parlamentin liderləri, eləcə də vətəndaş cəmiyyəti fəalları ilə görüşəcək: “Dövlət Katibi Ukraynanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və Ukrayna xalqının kənar təxirlər və təxribatlar olmadan öz gələcəyini özünün müəyyən etməsinə ABŞ-ın güclü dəstəyini bird aha nümayiş etdirəcək” - deyə rəmi məlumatda bildirilir.

Praqada Ukraynaya dəstək aksiyası
Martın 2-də Çex Respublikasının paytaxtı Praqada Rusiya ordusunun əməliyyatları ilə üz-üzə qalan Ukraynaya dəstək aksiyası keçirilib. Mitinqə toplaşanlar Rusiya prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndiriblər. Aksiyadan fotolar.
11:34 3.3.2014
-
Dünyanın 7 aparıcı dövlətini özündə birləşdirən Böyük Yeddilik - G-7
Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyib.

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanadanın, Avropa Birliyi Şurasının və Avropa Komissiyasının rəhbərlərinin imzaladığı bəyanatda deyilir ki, “Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, BMT qarşısındakı öhdəliklərini və Ukrayna ilə 1997-ci ildə imzalanmış baza razılaşmasını pozmasını qınayırıq”.

Bəyanat müəllifləri bildirir ki, Rusiyanın Ukraynaya qarşı hərəkətləri G7 və G8-in əsaslandığı prinsip və dəyərlərin pozulması deməkdir. Rusiyanı Ukrayna ilə danışıqlara çağırıblar.

“Biz Ukraynanın ərazi bütövlüyünün, siyasi və iqtisadi inkişafının bərpası səylərini dəstəkləməyi öhdəmizə götürürük”.
11:40 3.3.2014
Nyu-Yorkda Rusiyaya qarşı etiraz aksiyası olub

Nyu-Yorkda yüzlərlə etirazçı Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq yürüş keçirib.

Əllərində Ukrayna bayraqları olan etirazçılar şəhərin mərkəzindəki meydanda Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib. Bundan sonra Rusiyanın baş konsulluğunun binası qarşısına yürüş ediblər.

Etirazçılar ABŞ-ı Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etməyə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Davamı

XS
SM
MD
LG