Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:16

Etiraz aksiyası keçirmək istəyən qadınlara xəbərdarlıq edilib


"Sovetski"də etiraz aksiyasından
"Sovetski"də etiraz aksiyasından
-
8 mart aksiyasına hazırlaşan “Sovetski” qadınlarına xəbərdarlıq edilib. Bu barədə AzadlıqRadiosuna “Sovetski” sakini Tahirə Rzayeva məlumat verib.

“Məni martın 5-də Yasamal polisinə dəvət etmişdilər. Aksiya ilə bağlı xəbərdarlıq etdilər, dedilər heç bir aksiya keçirməyin. Mən heç nədən, heç kimdən qorxan qadın deyiləm, amma həmin vaxt yaman kövrəldim. 27 il həyat yoldaşım olmadan saxladığım uşaqlarım gözümün önünə gəldi. Həm də düşündüm ki, xalq arxamda duran deyil, xalqa etibar yoxdur. İndi işığımı da kəsiblər, deyirlər borcunuz var. Nə bilim, mənim həmişə borcum olub, amma heç vaxt işığımı kəsməyiblər”.

Tahirə Rzayeva ondan başqa digər qadınların polisə çağırılmasından xəbərsizdir. Yasamal polisindən bu barədə hər hansı məlumat öyrənmək mümkün olmayıb. Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bu barədə yaxın saatlarda açıqlama veriləcəyini bildiriblər.
XS
SM
MD
LG