Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:56

NİDA-çının iddiası təmin edilməyib


Bəxtiyar Quliyev
Bəxtiyar Quliyev
-
Bu gün Səbayel Rayon Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bəxtiyar Quliyevin Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğa qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib. Bu barədə AzadlıqRadiosuna onun vəkili Fariz Namazlı məlumat verib:

“Ötən il martın 7-də 3 NİDA-çı həbs olunan zaman MTN və Baş Prokurorluq birgə bəyanat yaymışdı. Bu bəyanatda hər üç şəxsin- Məmməd Əzizov, Şahin Novruzlu və Bəxtiyar Quliyevin təqsirsizlik preziumsiyası pozulub. Dəyən mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmişdik. Hər iki qurumdan 5 min manat kompensasiya ödənilməsini tələb etmişdik. Lakin məhkəmə iddianı təmin etmədi”.

Bir neçə gün öncə digər NİDA-çı Məmməd Əzizov da eyni iddia ilə məhkəməyə müraciət etmişdi və məhkəmə onun da vəsatətini təmin etməmişdi.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar. «Azad Gənclik» Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG