Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:18

Bakının yeni binaları altında "zaman bombaları" (VİDEO)


Mülkiyyətçi yaşadığı binanı necə idarə edə bilər?
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Mülkiyyətçi yaşadığı binanı necə idarə edə bilər?

Heç nə daiimi deyil. Xüsusilə Azərbaycan sementi, Azərbaycan armaturları ilə tikilən binalar. Bir çoxlarının fəxr yeri olan Bakının yeni binalarının 15-20 ildən sonra əsaslı təmirə ehtiyacı yaranacaq. Əsaslı təmir isə, bəzən binanın tikilməsindən də bahalı ola bilər.

Sovet vaxtında binalar hökumətin balansında olduğundan avtomatik olaraq əsaslı təmir üçün hər ay pul ayırılır, bu pullar da JEK-lər vasitəsi sərf olunurdu.

Müstəqillik əldə edən Azərbaycanda bina və tikililərin gələcəyi haqda düşünmək təcrübəsinə son qoyulub.

2009-cu ildə qəbul edilən Mənzil Məcəlləsi sahibkarların yeni idarə formalarını müəyyənləşdirməklə bu problemləri binalarda yaşayanlara həvalə edir.

Lakin 5 il keçməsinə baxmayaraq Bakıda bu qərardan demək olar ki, heç kim yararlanmayıb.

Bəs neçə ildən sonra, təmir vaxtı catanda və mənzil, bina sahiblərinin əsaslı təmirə sadəcə olaraq pulu olmayanda Bakının aqibəti necə olacaq?

Ətraflı Nüşabə Fətullayevanın araşdırmasında bax.
XS
SM
MD
LG