Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:07

O gözəllərdən deyiləm...


-

"Ədəbi Azadlıq-2014"

Milli Müsabiqəsinin

Şeir 20-liyindən




Sevda Cavadova



Mən sənə ətri küçənin ta o başından duyulan,
Şəlalə saçları şal olub bədəninə dolanan,
Gözlərinə çəkdiyi yüz qat boya ilə boylanan
qlamur bir gözəlin yol yoldaşı olmaq zövqünü yaşada bilmədim, sevgilim.
Bağışla məni...
Və bəlkə bundan belə də yaşatmayacam
Ruhum marka geyimlərin rənglərinə qarışıb öz rəngini itirmədikcə
Bu belə də olacaq..
Mən sənə hər kəsin heyran-heyran arxasınca baxdığı
mükəmməl cütlük tablosunun obrazı olmaq hissini yaşada bilmədim, sevgilim.
Bəzən buna boyum icazə vermədi,
bəzən də üzərində çətin yeridiyim və
tez-tez büdrəyərək sənə sarılmağıma səbəb olan hündürdaban ayaqqabılarım...
Səni mənimlə görüşə çıxarkən
həvəslə gül dükanı axtaracaq qədər də həyəcanlandıra bilmədim, sevgilim,
Nə də ki bahalı restoranlara ayaq açdırıb
sanki göz açandan buraların daimi müştərisiyik kimi
öyrəşdirməyi bacardım.
Bəlkə heç darıxdığında öz sevgilinə zəng edərkən
həsrətlə telefon tuşlarına tələsik basıb
dəfələrlə səhv yığmağın nə olduğunu da bilmədin.
Bircə gün belə sənə məni gözəllik salonunun önündə gözləyərək
yeni saç düzümümə heyran qalmaq zövqünü də yaşatmadım..
Bağışla məni, sevgilim...
Çünki mən heyrətlə arxasınca baxılan
və yanındakı insanın gözəlliyi ilə fəxrinə səbəbkar olan
o gözəllərdən deyiləm..
Mən sənə ancaq ən içdən,
ən ülvi şeirlərimin səbəbkarı olmaq zövqünü yaşada bilərəm.
Gecə və gündüz, hər an, hər saniyə
xəyallarımın yeganə qəhrəmanı olmaq zövqünü,
Dodaqlarıma düşən ilk sevgi şehinin,
Əllərimi isitmək üçün ilk dəfə tutan
soyuq və kobud ovucların sahibi olma hissini yaşada bilərəm, sevgilim...
Bağışla məni...
Sənə göz oxşayan rəngli, brend əlbisəli bir vücud deyil,
Daha bir kimsənin kəşf etmədiyi əlvan qəlb verə bilərəm,
İçində sən olan....
Sənə mavi, yaşıl və ya ala linzalı füsunkar gözlər deyil,
Baxdıqca öz əksini görəcəyin şəffaf aynalar verə bilərəm...
Bəlkə öpdükcə həzz alacağın zərif dodaqlar verə bilməsəm də
Bu uşaqtəki dodaqlarımla sənə həsr etdiyim
sevgi şeirlərini pay verə bilərəm...
Toxunduqca axar su kimi üzünə töküləcək yumşaq saçlar deyil,
Bu cod saçlarımı
ana nəvazişi ilə hörmək təklifi edə bilərəm...
Mən buyam..
Çoxlarının cılız, qara-qura dediyi,
Ancaq dünyanın bütün gözəlliklərini
və palitradakı füsunkar rəngləri
kiçik yumruğu boyda olan ürəyinə çəkən bir qız...
Uşağa bənzədilən,
Lakin qibtə edilən bütün gözəllərdən daha yetkin gənc qız..
Sənin "körpə " qızın..


***


Bir garipim şu an,
hem ağlamak istiyorum hıçkırarak,
hem de gururuma sığınıb mağrur göstermek kendimi.
Hem her kesi bir çırpıda silmek istiyorum gerisini düşünmeden,
Hem de koşub sokulmak istiyorum sıcacık bir dost kucağına.
Garip bir hiss, arkadaş, vallaha da garip.
Düşünüyorum da
bazen aptal şakalar yapacak kadar kendini yakın hiss eden,
Bazen sorunlarını saatlerce anlatan,
Uzaktan gördümü, koşup yılların hasretlisiymiş gibi öpüp
sarmaşan insanlar neden gerektiğinde okyanus dibine çöküyor?
Bir de ne garib biliyormusun, arkadaş,
hani olsalar da gidesim gelmiyor, yaslayasım gelmiyor başımı omuzlarına.
İstemiyorum.
Hem yalnızlık ruhuma işliyor acısını,
Hem de huzur veriyor panzehir gibi..
Belki itiraf edemediğim bir şey var kalbimin kuytu köşelerinde.
Evet.. benim üzüntümün sebebi fani dost sevdasına susamış ruhum değil ki..
Değersiz hiss etdiriyor beni bana bir kişi..
Tüm gücümü,enerjimi son damlasına kadar çekmişken hayat bankamdan
Bir de beni kabul etmeyen hayallerim vardır,
sevgimi en düşük değere almaya çalışan fırsatçılar vardır.
Ya da fırsatçı mı desem.
Evet,
Gobsek baba gibi sinsice ihtiyaçlarımı, sorunlarımı öğrenip isteğine ulaşınca
bu seferde elinde oynatan,
varımı, yoğumu olur olmaza elimden alan tefeci gibi..
Balzakın hayatımdaki şu kahramanına Raskolnikov baltası çekesim geliyor.
Bir şeyler durduruyor beni..
Kurtulmak istiyorum, eminim.
Anılar, sevgi parçacıkları ruhumu paslandıran ,
melek yüzlü manevi tefeciden kurtulmağa izin vermiyor.
Yapma, ama ...Kendini kandıramazsın.
İstersen şimdi kurtulursun da
Sadece nefsin onsuz kalamayacağını sana telkin ediyor
Ve sen de inanıyorsun
Ya da inanmak istiyorsun..
Evet, evet öyle.. inanmak istiyorsun.
Şu anın üzüntüsüne sebeb olsa bile
Sevginin bu olduğunu sanıyorsun değilmi?
Çok aptalsın,
Tebrik ederim,
Nefsine yenildin..
Ve cezan da şuanki kederin...
XS
SM
MD
LG