Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:03

Leyla Yunus: «Butulka sözünü işlətdilər» - [Video]

Hüquq müdafiəçisi prokurorluq əməkdaşları tərəfindən təhdid olunduğunu deyir

Sülh və Demokratiya İnstitunun direktoru, tanınmış insan haqları müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus aprelin 28-də gecə Bakıda hava limanında saxlanıblar. Onlar bir neçə Qərb ölkəsinin Bakıdakı diplomatı ilə birlikdə beynəlxalq tədbirdə iştirak etmək üçün Brüsselə gedərkən saxlanıb, üstlərində, ofislərində və evlərində axtarış aparılıb.

Onların saxlanması ilə bağlı ilk xəbərləri burdan izlə


AzadlıqRadiosu hadisələri yaxından izləyərək bu bloqu daim yeniləyir.
Məlumatlar xronoloji ardıcıllqla yerləşdirildiyindən ən son xəbərlər mətnin əvvəlindədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.
22:29 29.4.2014
Leyla Yunusun evində axtarış başa çatıb.

Hüquq müdafiəçisinin bildirdiyinə görə, onun evindən Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surətini, istifadə olunmuş bir neçə ölkədaxili qatar biletini götürüblər.
20:16 29.4.2014
LEYLA YUNUSUN OFISINDƏN KOMPYUTER VƏ KİTABLAR GÖTÜRÜLÜB
Sülh və Demokratiya İnstitutunun Nizami küçəsi, 63 ünvanda yerləşən ofisində axtarış başa çatıb. Leyla Yunusun bildirdiyinə görə, ofisdən 1 ədədə kompyuter və kitablar götürülüb.

Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin müstəntiqi İbrahim Ləmbəranski axtarışın nəticələri ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəməyib. Axtarış Leyla Yunusun evində davam etdirilir.

Davamı

XS
SM
MD
LG