Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:40

«Siyasi məhbus məsələsi siyasi bazarlığa hesablanmış məsələsidir»


Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov

-

Bunu AzadlıqRadiosuna Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası üzvü Yevda Abramov deyib. Deputat AŞPA-da Azərbaycanda siyasi məhbuslar üzrə məruzənin hazırlanması barədə qərarın qəbul olunmasını səhv addım sayır:

«Azərbaycanda siyasi məhbus yoxdur. Mən siyasi məhbusun fəlsəfəsini aça bilmirəm. Hüquq cinayətində, mülki məcəllədə, dünya praktikasında, Avropa parlamentində siyasi məhbus sözünün mənası hələ də açılmayıb. Ona görə bunu Azərbaycana yarlıq edənlər qoy özlərinin tarixlərinə nəzər yetirsinlər...»

YAP-çı deputat hesab edir ki, belə bir məsələnin təkrar-təkrar qaldırılması məqsədli xarakter daşıyır:

«Bu kimi məsələlər dünyada siyasi bazarlıqlar etmək, kiçik ölkələri böyük ölkələrə tabe etdirmək üçündür. Dünyanın bir-iki ağası var. O biri ölkələr bunlara baş əyməlidir, əyməsə belə məsələləri tapıb çıxarırlar. Siyasi məhbus məsələsi olmayacaq, ortaya milli azlıqlar məsələsini çıxaracaqlar, o olmayacaq onda vicdan azadlığı məsələsini ortalığa atacaqlar. Biz bunu görə-görə gəlirik. Cənab prezident AŞPA-da siyasi məhbuslar məsələsi ilə bağlı hamının cavab verdi. Azərbaycanın necə dövlət olduğunu bütün dünyaya çatdırdı. Azərbaycandan əl çəkilməlidir. Beş nəfər məruzəçi də təyin etsələr Azərbaycanda tutulan insanların heç biri sözünə görə tutulmayıb».

İyunun 25-də AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzənin hazırlanması və bu işin ispaniyalı deputat Pedro Agramunta həvalə edilməsi ilə bağlı qərar qəbul edib.

Azərbaycanda fəaliyyət göstərən 11 Qeyri-Hökumət Təşkilatı (QHT) iyunun 24-də 81 nəfər siyasi məhbusun olduğu siyahını AŞPA-ya təqdim edib.

XS
SM
MD
LG