Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:11

ATƏT Azərbaycandakı ofisinin yenidən açılmasını istəyir


Bakıda ATƏT Parlament Assambleyası Daimi Komitəsinin iclası
Bakıda ATƏT Parlament Assambleyası Daimi Komitəsinin iclası

-

Bakıda ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyası davam edir. İyunun 30-da qurumun Demokratiya, insan haqları və humanitar məsələlər ilə Siyasi Məsələlər və Təhlükəsizlik komitələrinin iclaslarında bir sıra qətnamə layihələri səsə qoyulub. Yazı yenilənir. Ən son xəbərlər yazının əvvəlindədir.

«RUSİYA KRIM VƏ SEVASTOPOLUN ANNEKSİYASINDAN İMTİNA ETSİN»

Siyasi məsələlər və təhlükəsizlik komitəsinin təqdim etdiyi layihənin müzakirəsinə başlanılıb.

Ukraynanın nümayəndə heyətinin layihənin 23-cü bəndinə etdiyi dəyişiklikdə Rusiyaya çağırış edilir ki, Krım Muxtar Respublikası və Sevastopol şəhərinin anneksiyasından imtina etsin. Ukrayna nümayəndəsinin təklif etdiyi bu dəyişikliyi Gürcüstan, ABŞ və Çexiya nümayəndələri də müdafiə edir.

Rusiya nümayəndəsi Oleg Lebedev isə buna etirazını bildirib. Deyib ki, bu məsələdə anneksiya sözü düzgün deyil.

«Burda anneksiya yerinə düşən termin deyil. Bu məsələ Krım xalqının öz istəyidir».

Deputatların əksəriyyəti Ukrayna nümayəndə heyətinin təklifini dəstəkləyiblər.

Lahiyə bütövlükdə səsə qoyulub, bir nəfər əleyhinə, bir nə nəfər bitərəf olmaqla layihə qəbul edilib.

ATƏT AZƏRBAYCANDAKI OFİSİNİN YENİDƏN AÇILMASINI İSTƏYİR

Müzakirələr zamanı 22-ci bəndə Bakıda ATƏT-nin ofisinin açılmasına çağıran düzəliş təklif edilib. İsveçdən olan depuatat Wulburge Habsburg Douglas bunun mühüm bir addım olduğunu deyib.

Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova isə bu təklifin əleyhinə olduqlarını bildirib. Məsələ səsverməyə çıxarılıb.

Sənədin tam səsvermə ilə qəbulundan sonra Rəbiyyət Aslanova müzakirələrin aparıcısı İsabel Santasa etiraz edib.

«Siz müzakirələri doğru aparmadınız və mənim iradlarımı görməməzliyə vurdunuz».

İsabel Santos isə bu deyilənlərlə razılaşmadığını bildirib.

«Xanım Aslanova mən sizin fikrinizlə qəti razı deyiləm. Ola bilsin sizin bu məsələyə görə məndən uzun müddət xoşunuz gəlməsin. Amma bu məsələlərin qəbulu doğru addımdır. Bir də siz müzakirələr zamanı etiraz etmədiniz, sənədin qəbulundan sonra etirazlar doğru deyil».

«ANAR MƏMMƏDLİ CİNAYƏTKARDIRSA, BUNU SÜBUT EDƏN SƏNƏDLƏRİ TƏQDİM EDİN»

Norveç nümayəndəsi Geir Joergen Bekkevold 21-ci maddəyə Anar Məmmədli ilə bağlı dəyişiklik təklif edib.

Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova düzəliş müəllifinə sual edib ki, «bir insan sahibkarlıq fəaliyyəti ilə məsuliyyətə cəlb edilibsə onun siyasi fəaliyyətinə görə bu cəzadan azad etmək lazımdırmı? Hesab düzəliş müəllifi Anar Məmmədlinin işi ilə bağlı ətraflı məlumata malik deyil. Mən təəssüf edirəm ki, müəllif müxalifətdən verilən məlumat əsasında hazırladığı dəyişiklik təklifi doğru deyil. Bir daha demək istəyirik ki, Anar Məmmədlinin işi siyasi deyil. O konkret cinayət əməlinə görə həbs edilib».

Həmməruzəçi Cordana Comic bu düzəlişin tərəfdarı olduğunu bildirib.

«Əgər Anar Məmmədli cinayətkardırsa, bunu sübut edən sənədləri təqdim edin. Və ya dialoqa başlayın. Dünən Azərbaycan nümayəndələri arasında bir dialoq oldu. Dialoq demokratiyada yeganə strategiyadır. Siz dialoqda xoşlamadığınız insanlarla məsələləri müzakirə edirsiniz.»

Sənəd səsverməyə çıxarılıb. 30 nəfər lehinə, 14 nəfər əleyhinə olmaqla qəbul edilib.

«30-CU DƏYİŞİKLİK RUSİYAYA MƏHDUDİYYƏT NƏZƏRDƏ TUTUR»

Demokratiya, İnsan haqları və humanitar məsələlər üzrə komitədə qətnamə layihəsinə təklif olunan düzəlişlər müzakirə edilib.

ATƏT-in qərarlarının qəbulu zamanı konsensusun azaldılmasını ifadə edən düzəlişlərə qarşı Rusiya nümayəndələri qarşı çıxıb.

Rusiya nümayəndə heyətini Azərbaycan, Ermənistan, Belarus və Yunanıstan nümayəndələri dəstəklədiyi 30-cu dəyişiklik Rusiyanın qərarlara veto qoymaq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.

Portuqaliya nümayəndə heyətinin üzvü İsabel Santos konsensusun azaldılması ilə bağlı məsələnin layihədən çıxarılmasını dəstəkləməyib və qərarların qəbulu zamanı konsensusun əsas alətlərdən biri olduğunu xatırladıb.

«İnsan hüquqlarının qorunmasında, insan hüquqları ilə bağlı baş verən kobud qanun pozuntularının monitorinqi ilə bağlı qərarların qəbulunda konsensusun əhəmiyyəti mühümdür», xanım Santos əlavə edib.

Düzəliş səsverməyə çıxarılaraq qəbul olunmayıb.

İnterpol siyasi opponentlərin axtarışında və saxlanmasında diqqətli olmalıdır

Layihənin 18-ci bəndinə təklif edilən 32-ci düzəlişdə isə ATƏT üzvü olan ölkələrdən qanuni hüquq mühafizə məqsədləri ilə deyil opponentlərin axtarılması və saxlanılması ilə bağlı hazırda bəzi ölkələrdə «qırmızı xətt» altında gedən axtarışların dayandırılması istənilir.

Bundan başqa, sənədin 20-ci maddəsindən sonra yeni bənd əlavə edilməsi təklif edilib.

Bir çox ATƏT ölkələri, o cümlədən Azərbaycan, Belorus, Qazaxıstan və Rusiya Federasiyasında hökumətə müxalif və ya hüquq müdafiəçilərinin susdurulması, qorxudulması, saxlanılması və həbsi məqsədilə qanunvericilikdən və inzibati prosedurlardan düzgün istifadə edilməməsi ilə bağlı narahatlıq ifadə olunur.

Azərbaycan, Ermənistan, Belarus və Rusiya nümayəndə heyətinin həmrəylik göstərdiyi digər məsələ layihənin 21-ci bəndinin sənəddən çıxarılması ilə bağlıdır.

21-ci bəndə təklif edilən 43-cü düzəlişdə Nazirlər şurası ATƏT-in yerlərdə tam miqyaslı, uzunmüddətli və keyfiyyətli mandat əməliyyatlarının bərpasına çağırır.

22-ci bənddən sonra təklif olunan 45-ci düzəlişdə Azərbaycan hakimiyyətini bir daha Azərbaycanda seçkilərin müşahidəsi missiyasının ifadə etdikləri narahatlığın məntiqi davamı olaraq ATƏT-ə Azərbaycanda regional büro açmağa icazə verməyə çağırır.

Norveç, İsveç və Latviyanın əlavə etmək üçün dəstəklədiyi düzəlişlərdə bir müddət öncə sətiraltı aydın siyasi məhkəmə işi üzrə məhkum edilən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi və hüquq müdafiəçisi Anar Məmmədlinin vəziyyəti üzrə dərin narahatlıq ifadə edilir. Azərbaycanın səlahiyyətli orqanlarını ədalətin bərqərar olması yollarını tapmaq, siyasi məhkəmə işlərinin qurbanlarının müdafiəsi üçün əlavə tədbirlər görməyə çağırılır.

Düzəlişlərlə bağlı müzakirələr davam edir.

RUSİYANIN DİALOQDAN İMTİNA ETDİYİ QEYD EDİLİR

ATƏT PA-nın 23-cü sessiyası çərçivəsində Siyasi və təhlükəsizlik məsələləri üzrə komitədə təhlükəsizliklə bağlı müzakirələr davam edib. Müzakirələr zamanı sənədin 14-cü bəndinə Ukraynadakı proseslərlə bağlı məsələ salınıb.

Düzəlişdə Rusiya Federasiyasının Ukrayna sərhədləri böyük hərbi hərəkətləri narahatlıq doğurduğu və Rusiyanın dialoqdan imtina etdiyi qeyd edilir.

Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutsky Ukrayna, Gürcüstan, ABŞ və Niderland nümayəndələrinin təklif etdiyi düzəlişə etiraz edib və layihədən çıxarılmasını istəyib.

«Rusiya ilə bağlı deyilənlər əsassızdır. Mən istəyirəm sənəddən Rusiya ilə bağlı bənd çıxarılsın».

Rusiya nümayəndəsinin etirazlarına baxmayaraq bir neçə deputat istisna olmaqla qalan deputatlar 14-cü düzəlişin lehinə səs veriblər.

Ermənistan nümayəndəsi bütün münaqişələrə eyni yanaşmanı ilə bağlı 32-ci düzəlişə etiraz edib.

O hər münaqişəyə ayrıca yanaşma nümayiş etdirilməsini istəyib. Amma bu təklif də qəbul edilməyib.

Gürcüstan nümayəndəsinin təklif etdiyi 35-ci düzəliş isə qəbul edilib. Gürcüstan , İsveç və Niderland nümayəndələrin təklif etdiyi düzəlişdə deyilir ki, Rusiya 2008-ci ilin avqustunda bağlan müqaviləyə uyğun olaraq beynəlxalq prinsiplərə əməl etməlidir.

XS
SM
MD
LG