Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:09

Leyla Yunus ATƏT-in Parlament Assambleyasının sessiyasına buraxılmayıb


Leyla Yunus
Leyla Yunus

Hüquq müdafiəçisi Leyla Yunus ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyasına buraxılmayıb.

Bu barədə AzadlıqRadiosuna qurumun ictimaiyyətlə əlaqələr üzrə direktoru Richard Solash məlumat verib. Onun sözlərinə görə, Leyla Yunus QHT rəhbəri kimi sessiyada iştirak etmək üçün qeydiyyatdan keçibmiş: «Azərbaycanın təhlükəsizlik xidməti Leyla xanımı sessiyaya qatılmağa icazə verməyib və Parlament Assambleyasının Beynəlxalq Təhlükəsizlik xidməti bu qərara əməl edib».

Richard Solash bildirir ki, mövcud təcrübəyə görə, ATƏT dünyanın hər yerində konfranslar zamanı yerli təhlükəsizlik xidmətinin qərarları ilə razılaşır.

Richard Solash ATƏT PA-nın vətəndaş cəmiyyətinin töhfələrinə yüksək dəyər verdiyini vurğulayır.

XS
SM
MD
LG