Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:32

Poroshenko atəşkəsə son verir, «hücum edəcəyini» deyir


Petro Poroshenko
Petro Poroshenko

-

Ukrayna prezidenti Petro Poroshenko deyib ki, atəşkəsi yeniləməyəcək və Ukrayna qüvvələri ölkənin şərqində yaraqlılara qarşı hücuma keçəcəklər. Atəşkəsin müddəti iyunun 30-da başa çatıb. Atəşkəsin məqsədi Ukraynanın şərqində rusiyayönlü yaraqlıların iğtişaşını yatırtmaq idi.

Poroshenko-nun veb-saytında yerləşdirilmiş video bəyanatda deyilir ki, atəşkəs dayandırılır və «hücuma keçib, ölkəmizi azad edəcəyik». Bəyanatdan öncə Poroshenko təhlükəsizlik xidmətinin rəhbərləri ilə görüşüb.

İyunun 30-da Poroshenko durumu telefonla Rusiya, Almaniya və Fransa liderləri ilə müzakirə edib, deyib ki, yaraqlılar «şərtlərə əməl etməyiblər».

Fransa prezidentinin ofisinin yaydığı məlumata görə, Poroshenko rusiyalı həmkarı Vladimir Putinlə atəşkəsin qəbulu üzərində işləməyə razılaşıb.

Atəşkəsi davamlı olaraq hər iki tərəf pozub.

SON 10 GÜNDƏ 27 UKRAYNA ƏSGƏRİ ÖLDÜRÜLÜB

Ukrayna xarici işlər nazirliyinin yaydığı bəyanatda deyilir ki, iyunun 20-dən bəri 27 Ukrayna əsgəri öldürülüb.

Interfax-Ukrayna agentliyi rusiyayönlü yaraqlılara istinadla xəbər yayıb ki, Ukrayna qüvvələri Kramatorsk şəhərini atəşə tutub.

Poroshenko deyib ki, atəşkəsin uzadılması üçün əsas şərtlər yerinə yetirilməyib. Ancaq o, «istənilən vaxt» atəşkəsə qayıtmağa hazır olduğunu deyib.

Almaniya kansleri Angela Merkel-in Xristian Demokratlar Partiyasının aparıcı üzvü alman radiosuna deyib ki, Avropa Birliyi iyulun 1-də Rusiyaya sanksiyaları dərinləşdirmək qərarı verəcək.

UKRAYNADA ANTİ-TERROR ƏMƏLİYYATI

Ukrayna hökuməti ölkənin şərqində rusiyayönlü separatçılara qarşı «anti-terror əməliyyatına» başlandığını deyir.

Spiker Oleksandr Turchynov iyulun 1-də parlamentə deyib ki, «bu səhər anti-terror əməliyyatının fəal mərhələsi başlanıb. Silahlı qüvvələrimiz terrorçuların bazalarına və əsas nöqtələrinə hücum edir».

XS
SM
MD
LG