Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:05

Danimarkalı siyasətçi: Həbsdə siyasi fəallar var [Video]


ATƏT parlamentarisi: «Tədbiri insan hüquqlarının ciddi pozulduğu bir ölkədə keçiririk»
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

ATƏT parlamentarisi: «Tədbiri insan hüquqlarının ciddi pozulduğu bir ölkədə keçiririk»

-

ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyasının son günündə – iyulun 2-də çıxış edən Danimarka nümayəndə heyətinin üzvləri Azərbaycandakı ictimai-siyasi vəziyyət haqda danışıblar.

Nümayəndə heyətinin üzvü cənab Karsten Laurtizen Azərbaycandakı siyasi həbslərə, söz azadlığı problemlərinə diqqət çəkib.

O, Azərbaycanda siyasətçi, jurnalist, bloqqer və ictimai fəalların həbsə atıldığını bildirib. Karsten Laurtizen iyunun 30-da «Fairmont» hotelində AXCP sədri Əli Kərimli ilə görüşün əngəlləndiyini də vurğulayıb.

Danimarka nümayəndə heyətinin üzvü xanım Liv Holm Andersen AzadlıqRadiosuna müsahibəsində həmvətəninin toxunduğu problemlərdən daha geniş söz açıb.

- Sessiyada müzakirələr gedərkən, AXCP sədri Əli Kərimli ilə görüş zamanı yaşananlardan danışdınız. Söhbət hansı problemdən gedir?

- Biz mehmanxanada Əli Kərimli ilə görüşüb Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə etmək istəyirdik. Təhlükəsizlik işçisindən xahiş etdik ki, Əli Kərimli ilə görüşə imkan yaratsın. Onlarsa bunun təhlükəli olduğunu dedilər. Bir daha xahiş etdik ki, heç olmasa, təhlükəsizlik əməkdaşlarının müşahidəsiylə görüşək, buna da razı olmadılar. Düşünürəm ki, onlar Əli Kərimlini yaxşı tanıdıqlarından, görüşümüzə maneə yaratdılar. Əli Kərimli ilə başqa yerdə görüşə bildik və Azərbaycandakı vəziyyəti müzakirə etdik. O bildirdi ki, hakimiyyət müxalifəti, ictimai təşkilatları təzyiq altında saxlayır, mətbuata problem yaradır. Biz partiyaların qərargahları haqda da danışdıq.

- QHT nümayəndələrindən kimlərlə görüşdünüz?

Liv Holm Andersen
Liv Holm Andersen

- Mətbuata beynəlxalq dəstək təşkilatı ilə görüşüb, mətbuat azadlığı məsələlərini, QHT-lərin üzləşdiyi çətinlikləri müzakirə etdik. Bizə bildirdilər ki, QHT-lər çətinliklərlə üzləşir, onların fəaliyyəti məhdudlaşdırılıb. Hüquq müdafiəçiləri ilə də görüşüb, insan haqlarının durumuna dair yetərincə bilgi toplamışıq.

- Deputat Bahar Muradovanın «Azərbaycanda siyasi məhbus yoxdur və ölkədə demokratik ab-hava var» fikrinə necə yanaşırsınız?

- Mən Bahar Muradovanın fikrinə deyil, faktlara inanıram. Biz bu tədbirdən kənarda vətəndaş cəmiyyətindən olan çoxlu insanla görüşdük. Onlar Azərbaycanda 100-dən çox siyasi motivli həbsin olduğunu bildirdilər. Hökumət həbsdə olanlara nə ad istəsə qoya bilər, amma biz bilirik ki, həbs edilənlər arasında QHT əməkdaşları, internet fəalları, müxalif partiya üzvləri var.

- Həbsdə olan məhbuslarla görüşməyə cəhd etdiniz?

- Bizim nümayəndə heyəti görüş üçün müraciət etməyib. Amma bizdən əvvəl görüş istəyənlər olub. Biz məhbusların vəziyyəti ilə maraqlanırıq.

Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova sessiyanın keçirildiyi otel və zala AXCP sədri Əli Kərimlinin buraxılmamasına münasibət bildirib:

«Bu, Azərbaycanın problemi deyil. ATƏT PA-nın tətbiq etdiyi prosedur qaydaları ilə bağlıdır. Tədbir başlamazdan əvvəl gərək qeydiyyat üçün müraciət olunaydı. Qaldı ki kimlərəsə viza verilməməsi ilə bağlı deyilənlərə, bildirim ki, bu, Qarabağa Azərbaycanın razılığı olmadan edilən səfərlərlə bağlıdır. Bir nəfərin otelə buraxılmamasına görə, tədbirlərin Azərbaycanda keçirilməməsinə çağırışlar səslənir. Bəzi həmkarlarıma deyirəm ki, belə çıxışlar edəndə bir qədər ehtiyatlı olsunlar. Gözəl bir tədbirin sonunda belə çıxışlar yerinə düşmür».

XS
SM
MD
LG