Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:39

«Yeni Nəsil» jurnalistləri birləşməyə çağırır


Bu günlərdə bir çox beynəlxalq insan hüquqları təşkilatları Azərbaycanda söz azadlığı sahəsində vəziyyətdən narahat olduqlarını bildiriblər
Bu günlərdə bir çox beynəlxalq insan hüquqları təşkilatları Azərbaycanda söz azadlığı sahəsində vəziyyətdən narahat olduqlarını bildiriblər

Avqustun 11-də «Yeni Nəsil» Jurnalistlər Birliyi bəyanatla çıxış edərək, jurnalistlərin həbsinə münasibətdə media təşkilatlarını eyni mövqedən çıxış etməyə çağırıb. Son vaxtlar söz və mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyini bildirən təşkilat bəyan edir ki, cəmiyyət evinin qarşısında güllələnən, döyülərək iki aydan bəri yataqdan qalxa bilməyən redaktorun qatilləri və təcavüzkarlarının cəzalandırılmasını istəyərkən növbəti redaktor həbs olunur. «Yeni Nəsil» jurnalist təşkilatlarını Azərbaycanda jurnalistlərin təhqir olunmasına, böhtana görə həbs edilməsinə qarşı birgə çıxış etməyə çağırır.


Avqustun 10-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli 1 il müddətinə azadlıqdan məhrum edilib. O, deputat Arif Rəhimzadənin şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə həbsə məruz qalıb.


Avqustun 14-də isə Daxili İşlər naziri Ramil Usubovun eyni iddiası üzrə «Milli Yol» qəzetinə qarşı növbəti məhkəmə prosesi keçiriləcək.


Bu günlərdə «Amnesty İnternational», «Sərhədsiz Reportyorlar», «Jurnalistləri Müdafiə Təşkilatı» da xüsusi bəyanatla çıxış edərək, Azərbaycanda söz azadlığı sahəsində vəziyyətin gərginləşməsindən narahat olduqlarını bildiriblər.


Hakim Yeni Azərbaycan Partiyasından isə bu bəyanatlara münasibətdə bildirilər ki, əslində, Azərbaycanda söz azadlığı sahəsində ciddi problem yoxdur. Sadəcə, insanların şərəf və ləyaqətini təhqir edən jurnalistlərlə qanuni çərçivədə mübarizə aparılır.


Azərbaycanda eyni zamanda, dörd qəzetlə məhkəmə çəkişməsi aparan Daxili İşlər Nazirliyinin rəsmiləri də məhkəməyə müraciətlərini söz azadlığına qarşı addımlar yox, gerçəkdən də şərəf və ləyaqəti təhqir edən ayrı-ayrı jurnalistlərin cəzalandırılması kimi izah ediblər.


XS
SM
MD
LG