Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:47

İlham Əliyev 1 dəfə, Serzh Sarkisian 3 dəfə «münaqişə» sözü işlətdi [İnfoqrafika]


İlham Əliyev, Vladimir Putin və Serzh Sarkisian
İlham Əliyev, Vladimir Putin və Serzh Sarkisian

-

Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serzh Sarkisian-ın birgə görüşü keçirilib.

Görüş «Bocharov Ruchey» iqamətgahında baş tutub.

Putin bildirib ki, münaqişənin həlli üçün hər iki ölkədə «xoş niyyət» olmalıdır.

Azərbaycan prezidenti İlham Əliyev «uzun sürən münaqişə həllini tapmalıdır» - deyə bildirib.

Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin hər iki ölkənin prezidenti ilə ayri-ayrılıqda görüşüb. Ötən axşam prezidentlər birlikdə sambo üzrə beynəlxalq turniri izləyiblər.

Azərbaycan və Ermənistanın dövlət başçıları etdikləri qısa nitqlərində bir-birinə qarşı ittihamlar səsləndiriblər. Onların həmin qısa nitqlərində səsləndirdikləri sözlərin statistikası - hansı prezident həssas məsələlərə dair hansı sözü daha çox işlətdi? Cavab aşağıdakı infoqrafikada:

​Prezidentlərin çıxışının mətni.

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev:

Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm. Dünən də müzakirə etdiyimiz kimi bu məsələ uzatmaqdan həllini tələb edir. O, çox vaxt apardı. Ümid edirik ki, Sizin şəxsən iştirakınız danışıqlar prosesinə yeni təkan verəcək.

Sizin də qeyd etdiyiniz kimi artıq danışıqlar üçün format və münaqişənin həlli üçün hüquqi baza vardır.

BMT Təhlükəsizlik Şurası işğalçı erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasına dair 4 qətnamə qəbul edib. Təəsüf ki, üstündən 20 il keçir, amma hələ bu qətnamələr kağız üzərində qalır.

Danışıqlara həmsədləri vasitəsilə vasitəçilik edən Minsk Qrupu tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışır, amma təəssüf ki, bu da o qədər də uğurlu alınmır. Ona görə də düşünürəm ki, bizim yaxın dostumuz, qonşumuz və tərəfdaşımız kimi təbii ki, Rusiyanın bu nizamlama prosesində xüsusi rolu var.

Ümid edirik ki, yaxın müddətdə danışıqlar, sülh yolu ilə biz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olan bir ədalətli həll variantı tapacağıq.”

Prezident Serzh Sarkisian (solda)
Prezident Serzh Sarkisian (solda)

Ermənistan prezidenti Serzh Sakisian:

Bu mürəkkəb vaxtda Qarabağ məsələsinə diqqətiniz, səyləriniz və buna vaxt ayırdığınız üçün Sizə təşəkkür edirik. Əlbəttə, biz – Ermənistan tərəfi bunu yüksək qiymətləndirirk. Biz hesab edirik ki, hər halda bu münaqişə həll edilə bilər və o, Minsk Qrupu həmsədlərinin bizə təklif etdiyi prinsiplərlə güzəştlərlə həll edilə bilər.

Azərbaycan tərəfi həmişə BMT nin 4 qətnaməsinə istinad edir. Amma mənim cənab Əliyevə belə bir ritorik sualım var. Bu qətnamələrin hansı maddəsini Azərbaycan icra edib? Qətnamənin yeganə icra olunan maddəsi Ermənistanın öz təsir imkanlarından istifadə edərək döyüş əməliyyatlarını dayandırmasıdır.

Və əgər biz 90-cı illərin əvvəlindəki hadisələrə qayıtsaq, bu, mənim fikrimcə, bir tərəfdən yaxşı olar, digər tərəfdən də ola bilər nələrsə uzansın.

Yaxşı tərəfi o olar ki, biz o zaman qənaətə gəldik ki, münaqişənin hərbi həll yoxdur. Amma əgər biz yenidən bir-birimizi ittiham etməyə başlasaq, fikrimcə, münaqişə daha uzun müddətə həll olunmaya bilər.

Sizə də təşəkkür edərm ki, bu məsələnin həllinə çalışırsız. Bu məsələnin həlli Ermənistanın milli maraqlarına uyğundur.

«MÜDRİKLİK, SƏBR VƏ HÖRMƏT GÖSTƏRMƏLİYİK»

«Biz münaqişənin çözümünü tapmaq üçün bir birimizə müdriklik, səbr və hörmət göstərməliyik»

Bunu Rusiya prezidenti Valdimir Putin Soçidə keçirilən görüşdə deyib. ITAR-TASS yazır ki, Rusiya prezidenti hər iki ölkə başçısının münaqişəni sülh yolu ilə həll etmək niyyətini təqdir edib:

«İnsanların ölümündən daha böyük faciə ola bilməz. Bu çox vacib amildir»-deyə Putin bildirib. Putin deyib ki, istənilən çətin vəziyyətdən çıxış yolu var, təki xoş niyyət olsun.

«AZƏRBAYCAN VƏ ERMƏNİ XALQININ MƏRAMI XOŞDUR»

Putin bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri şənbə günü qeyri-rəsmi görüş keçirib. Lakin bu görüşdə Qarabağ məsələsi müzakirə olunmayıb.

XS
SM
MD
LG