Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:46

Ukrayna böhranının xronologiyası [28 avqust - 2 sentyabr]

Ukraynanın şərqində gedən müharibə yeni mərhələyə keçir. Donetsk və Luqanskda Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı döyüşən yaraqlılara indiyədək Rusiya ərazisindən gələn ayrı-ayrı könüllülər qoşulurdusa, artıq bütöv nizami hərbi hissələr köməyə gəlir

Ukrayna hadisələri haqda bütün xəbərləri burada oxu

- İyul və avqust aylarında Ukrayna silahlı qüvvələri bir sıra uğurlar əldə edəndən sonra, Luqanskda və Donetskdə separatçıların rəhbərliyi sıralarında dəyişiklik həyata keçirildi. Yeni separatçı liderləri elan etdikər ki, tezliklə əks-hücuma keçəcəklər. Və həqiqətən də, avqust ayının ikinci yarısında döyüş bölgələrindən Ukrayna qoşunlarının hücumlarının tükənməsi haqda xəbərlər gəldi. Donetsk vilayətinin şərqində İlovaysk və Starobeşevo rayonlarında Ukrayna hərbi hissələri mühasirəyə alındı. Rusiyameylli qüvvələr gözlənilmədən Ukrayna qoşunlarının arxasından, Azov dənizi sahilində Rusiya-Ukrayna sərhəddindən güclü hücuma keçərək Novoazovsk şəhərini də zəbt ediblər. Onlar strateji əhəmiyyəti olan Mariupol şəhərinə hücuma hazırlaşırlar.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

15:40 30.8.2014

TV - Döyüşlər Marioupolun cəmi 10 kilometrliyində gedir. Şəhər sakinləri səngər qazırlar.

15:44 30.8.2014

Novoazovsk şəhəri yaxınlığında Novorossiya bayraqları ilə bəzədilmiş tanklar. Qiyamçılar Rusiyadan gəlmədiklərini deyirlər.

15:46 30.8.2014

Şənbə gününün səhər saatları. Mariupoldan çıxışda yenə növbədir. Şəhərdə hələlik sakitlikdir.

17:29 30.8.2014

Bakı sakinləri Rusiya işğalını necə qiymətləndirir?

Rusiyanın Ukraynanı işğalını necə qiymətləndirirsiniz?
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Davamı

XS
SM
MD
LG