Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:49

Separatçılar Ukraynada qalmağa «xüsusi status» istəyir


Minskdə kontakt qrupunun iclası - 1 sentyabr 2014
Minskdə kontakt qrupunun iclası - 1 sentyabr 2014

-

Kontakt qrupunun iclası 4 saat çəkib. İclasdan sonra jurnalistlərlə qondarma Donetsk Xalq Respublikasının baş nazirinin müavini Purgin danışıb.

O deyib ki, sənədlər mübadiləsi olub, “Ukrayna tərəfi öz sənədlərini bizə verdi. Biz isə öz sənədlərimizi onlara verdik”.

“İndi biz bir də sentyabrın 5-də görüşəcəyik.Yəqin ki, Minskdə”

“Məsləhətləşmələri davam etdirəcəyik. Məncə, konkretliyə keçəcəyik”.

Purgin deyib ki, “indi taym-aut götürməyin vaxtıdır”. Bu fasilədə “təklifləri təhlil etmək lazımdır”.

“Ola bilsin ki, bəzi bəndlər bizim üçün məqbuldur, bəziləri Ukrayna tərəfi üçün”.

Purgin özlərinin təklif etdiyi 9 bəndlik planı isə açıqlamayıb. O deyib ki, bunu ictimaiyyətə təqdim etməyin vaxtı deyil.

O bildirib ki, bu günki görüşdə atəşin dayandırılması üçün ilk addımlar atıldı.

Danışıqlara yaxın olan mənbə Rita-Sita agentliyinə deyib ki, müxtəlif işççi qruplara yaradılacaq. Bir qrup atəşin dayndırılması, digər qrup əsirlərin dəyişdirilməsi, başqa bir qrup ağır artilleriyadan və aviasyadn istifadə və nəzarət üzrə olacaq.

Minskdə sentyabrın 1-dəki danışıqlarda konkret daha nələr olub, bu barədə məlumat verilmir.

***

Minskdə Kontakt qrupunun iclası başlanmazdan əvvəl iclasa gələn Şərqi Ukraynadan olan rusiyapərəst separatçılar bəyanatla çıxış ediblər.

Onlar bildiriblər ki, Ukraynanın tərkibində qalmağa hazır ola bilərlər, bir şərtlə ki, Donetsk və Luqansk regionları ərazisinə "xüsusi status" verilsin.

Bunu Reuters Rusiyanın xəbər agentliklərinə istinadla bildirir.

Separatçıların irəli sürdüyü əsas şərtlərdən biri də - hərbi əməliyyatın dərhal dayandırılmasıdır.

Reutersin fikrincə, ilk baxışdan, separatçıların şərtləri Kiyev üçün məqbul görünmür.

***

Minskdə Ukrayna böhranı üzrə Kontakt qrupunun iclası başlanıb. İclasda Ukrayna, Rusiya, ATƏT nümayəndə heyətləri iştirak edir.

Ukraynanı keçmiş prezident Kuchma, Rusiyanı bu ölkənin Ukrnaynadakı səfiri Zurabov, ATƏT-i təşkilatın hazırki sədrinin Ukrayna böhranı üztə nümayəndəsi Taljavini təmsil edir.

İclasa qondarma Donetsk Xalq Respublikasının baş nazirinin müavini Purgin, qondarma Luqansk Xalq Respublikasının Ali Sovetinin sədri Karyakin də gəlib.

İclasdan qabaq Purgin deyib ki, o, hərbi əməliyyatların və qurbanların sayının azaldılması üçün təkliflərlə gəlib. Təkliflər 8-9 bənddən ibarətdir.

O deyib ki, “bu gün fikir mübadiləsi olacaq və ortaq mövqelərin tapılmasına çalışılacaq.”

-

Ukrayna böhranı üzrə kontakt qrupunun iştirakçıları Minskə gəlib.

İclasın təşkilatçısı ITAR-TASS agentliyinə deyib ki, özünü Donetsk Xalq Respublikası adlandıran separatçıların nümayəndə heyəti də iclasa gəlib.

Kontakt qrupunda Ukrayna, Rusiya, ATƏT təmsil olunub.

İclas ərəfəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov ümid etdiyini bildirib ki, bu iclas Ukraynanın şərqində şərt qoyulmadan dərhal atəşkəs elan olunması məsələsinə baxacaq.

Ukrayna üzrə kontakt qrupu sentyabrın 1-də Minskdə toplaşır.

Avqustun 31-də Rusiya prezidenti Vladimir Putin deyib ki, «Ukraynanın şərqində yaşayan əhalinin qanuni maraqlarının qorunması məqsədilə həmin ərazidə dövlətçilik» üzrə danışıqlar aparılmalıdır. Putinin sözçüsü Dmitry Peskov daha sonra bildirib ki, Putinin bəyanatı DNR və ya Ukraynanın separatçı Luqansk ərazisinə Kremlin dəstəyi anlamına gəlmir. Peskov deyib ki, bu regionlar Ukraynanın bir hissəsi olaraq qalmalıdır.

UKRAYNA XƏBƏRLƏRİ - DAİM YENİLƏNƏN CANLI BLOQDA

XS
SM
MD
LG