Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:36

Obama Rusiyanı düz yola qayıtmağa çağırır


-

BMT Baş Məclisinin sentyabrın 24-də Nyu Yorkda açılan 69-cu sessiyasında ABŞ prezidenti Barack Obam açıxış edib.

O deyib ki, Ukraynada atəşkəs sülhə yol açır, əgər Rusiya buna əməl etsə.

“Əgər Rusiya bu yolu tutsa, onda biz sanksiyaları götürəcəyik və qarşımızda duran ümumi sınaqlarla mübarizədə Rusiyanın rolunu alqışlayacağıq”.

Obama qeyd edib ki, Rusiyanın Ukraynadakı hərəkətləri ikinci dünya müharibəsindən sonrakı dünya nizamına təhlükədir.

Obama dünyadakı vəziyyət haqda isə bildirib ki, dünya “yolayrıcındadır, müharibə ilə sülhün, dağıntı ilə inteqrasiyanın, qorxu ilə ümidin.”

ABŞ prezidenti əmin edir ki, Birləşmiş Ştatlar heç vaxt islamla müharibə aparmayacaq. Obama sivilizasiyalar müharibəsi fikrini qəti şəkildə rədd edir.

Obama bütün dünyanı bu "ölüm şəbəkəsini" məhv etməkdə ABŞ-a və koalisiyaya yardım etməyə çağırıb.

O deyib ki, "bunlar kimi qatillər yalnız bir dil anlayır, bu da gücdür".

Obama bütün müsəlmanları İslam Dövləti təşkilatının ideologiyasını qəti şəkildə rədd etməyə çağırır.

XS
SM
MD
LG