Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:12

James Bond-un macəralarının davamı yazılır


Bond haqda filmin posteri, 1971
Bond haqda filmin posteri, 1971

-

Britaniya yazıçısı Ian Fleming 50 il qabaq vəfat edib.

Amma bu o demək deyil ki, onun yaratdığı James Bond (casus 007) obrazının macəraları başa çatıb.

Macəraların davamını ingilis yazıçısı Anthony Horowitz yazacaq.

James Bond obrazının müəlliflik haqları Ian Fleming Publications şirkətindədir.

Şirkətin sifarişi ilə Horowitz “Təkər üstündə qətl” (Murder on Wheels) romanını yazır və gələn il sentyabrın 15-də kitab işıq üzü görməlidir.

Məlumata görə, roman Ian Fleming-in özünün vaxtilə etdiyi qeydlərə əsaslanacaq.

Həmin qeydlər 60 ilə yaxın qapalı arxivdə saxlanıb. Yazıçı ABŞ-da Bond haqda çəkilməsi planlaşdırılan sənədli film üçün qeydlər aparmış, amma sonradan prodüserlər filmdən imtina etmişdilər.

Romandakı hadisələr Almaniyada avtomobil yarışları zamanı baş verir. James Bond sovet kəşfiyyatçıları ilə üz-üzədir.

İan Felimg-in Bond haqda kitabları
İan Felimg-in Bond haqda kitabları

Horowitz bir müddət əvvəl Arthur Conan Doyle-un irsini qoruyan fondun sifarişi ilə Şerlok Holms haqda da yeni roman yazmışdı.

Ian Fleming ölsə də, onun Bond haqda romanları satılmaqda davam edir. Bond haqda çəkilmiş filmlərsə indiyə qədər 13.8 milyard dollar (inflyasiya nəzərə alınmaqla) pul toplayıb.

Yazıçıların vəfatından sonra 70 il ərzində övladları onların əsərlərinin müəlliflik haqqına iddia edə, kitablarını eksklüziv olaraq çap edib pul qazana bilərlər. Bundan sonra həmin əsərlər ictimai mülkiyyətə keçir və onları kim istəsə çap edə bilər.

Amma yazıçıların varisləri müxtəlif üsullarla öz gəlir mənbələrini itirməməyə çalışırlar. Bu üsullardan biri də yazıçıların vaxtilə yaratmış olduqları obrazlar əsasında yeni əsərlərin yaradılması, bazara çıxarılmasıdır.

XS
SM
MD
LG