Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:03

İŞİD-la müharibənin xronologiyası

Qondarma İslam Dövləti yaraqlıalrının İraq və Suriyadakı hücumlarının şiddəti azalmır. İŞİD ABŞ-ın hava zərbələri altında eyni vaxtda həm İraq Ordusu və kürd dəstələri, Suriya ordusu və silahlı müxalifəti ilə döyüşlər aparır.

Eskpertlərin fikrincə, cihaçılar artıq hava zərbələrdən yayınmağın da yollarını tapıblar.

Hazırda ən gərgin döyüşlər Suriyanın Türkiyədəki sərhəddində yerləşən Ayn al-Arab (Kobani) şəhərində gedir. İŞİD-ə qarşı döyüşən kürd silahlıları şəhərin müdafiəsi üçün beynəlxalq ictimaiyyətdən və Türkiyədən yardım istəyirlər.

AzadlıqRadiosu regionda gedən hadisələri izləyərək canlı bloqu ən son xəbərlərlə yeniləyir. Postlar xronoloji ardıcıllıqla, ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli "davamı" düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür

15:58 13.10.2014

İŞİD qaldı bir qıraqda, Suriya ordusu silahlı müxalifətlə münasibətlərinə "ayıdnlıq gətirir"

Azad Suriya Ordusu Assad qüvvələrinə qarşı hücumları gücləndirib
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

İŞİD fenomeninin qəribəliyi ondadır ki, maraqlar ziddiyyətindən ibarət bir düyün yaranıb. Bir tərəfdən İslam yaraqlılarının ləğv edilməsində Suriya, ABŞ, İran və hətta Rusiya maraqlıdır (cihadçılar Rusiya prezidenti Putini də dəfələrlə terrorla hədəlyiblər). Digər tərəfdən isə İŞİDa mənfi münasibəti olan bu tərəflərin öz aralarında ziddiyətlər mövcuddur. "2 təhlükədən ən zəifi seçimini" hələ də edə bilməyən dünya gücləri İŞİDa ancaq havadan zərbələr vurmaqla kifayətlənirlər. Quruda isə islamçılar İraq ordusu, şiə və kürd könüllü dəstələtri ilə üzbəüzədirlər. Bu "koalisiyaya" Suriya Azadlıq ordusu və Bashar Assada sadiq Suriya ordusu qoşula bilərdilər, lakin onların öz aralarındakı qanlı haqq-hesabları hələ də davam edir.

15:42 13.10.2014

İŞİD VƏ AZƏRBAYCAN

İŞİD bayraqdarı mitinqdə saxlandı
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Oktyabrın 12-də Milli Şuranın mitinqində peyda olan şəxslər İŞİD-ın qara bayrağını qaldırmağa çalışıblar. Mitinqin mühafizəsi və polis bu şəxslərin mitinqin gedişinə müdaxilə etməsinə imkan verməyiblər. Lakin iqtidaryönlü mətbuat Milli Şuranı islamçılarla əlbir olmaqda ittiham etməyə tələsib. Müxalifət üzvləri isə İŞİD bayrağı qaldıranların islamçıya oxşamadıqlarına işarə edərək bu şəxslərin xüsusi xidmətlər tərəfindən göndərildiyini iddia edirlər.

Azərbaycan və İŞİD məsələsi gündəmdən düşmür. Azərbaycanlı cihadçıların Suriyaya gedib İŞİDa qoşulması yeni xəbər deyil. Bəs dövlət rəsmilərinin buna münasibəti necədir. AzadlıqRadiosun müsahibəsində dövlətin ilahiyyət məsələlərinə təhkim olunmuş rəsmisi Mübariz Qurbanlı əmin edir ki, Azərbaycanda insanların kütləvi şəkildə hansısa dini cərəyanın təsiri altında düşmək ehtimalı yoxdur. Ətraflı burada oxu

15:25 13.10.2014

Kobanidə atışma davam edir

Kobanidə atışma davam edir
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Suriyanın Kobani (Ayn al-Arabia) şəhərində İslam Dövləti yaraqlıları ilə kürd qüvvələri arasında döyüşlər davam edir. Türkiyə tərəfindən çəkilən videolarda şəhərdə bir neçə yerdə tüstü qalxdığı görünür. ABŞ-ın yaraqlılara hava zərbələrindən sonra kürd döyüşçülərinin üstünlük qazandıqları bildirlir.

Davamı

XS
SM
MD
LG