Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:52
"Büdcəmiz təmkinli büdcədir"
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

"Büdcəmiz təmkinli büdcədir"

Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələri başa çatıb [Video]

-

Noyabrın 18-də Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb. Büdcə 90 dollardan hesablanıb. Layihənin müzakirəsi 3 gün davam edib.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»da daha öncə gedən xəbərlərlə tanış olmaq imkanınız var.

13:34 18.11.2014

​2015-ci ildə büdcə kəsiri 1,7 milyard manat həcmində proqnozlaşdırılır

2015-ci il üçün dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da ÜDM-in 32,5 faizini təşkil edir. Dövlət büdcəsinin xərcləri isə 21,1 milyard manat (35,3 faiz) həcmində olacaq.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdəki çıxışında bildirib.

2015-ci ildə dövlət büdcəsinin kəsiri 1,7 milyard manat həcmində proqnozlaşdırılır. Büdcə gəlirləri 2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 5,7 faiz artacaq, 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə isə 0,3 faiz azalacaq. Dövlət büdcəsinin xərcləri 2014-cü illə müqayisədə (gözləntilər nəzərə alınmaqla) 5,2 faiz, 2013-cü illə müqayisədə isə 10,2 faiz artacaq. Gələn il ümumi büdcə daxilolmalarında neft sektorunun payının 2014-cü ildə gözlənən 66 faizə nisbətdə 65,3 faizədək azalacağı gözlənilir. 2013-cü ildə isə bu göstərici 73,1 faiz təşkil edib.

Gəlirlərin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7,112 milyard manat səviyyəsində gözlənilir (2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 0,1 faizlik artım), Dövlət Gömrük Komitəsi - 1,59 milyard manat (5,3 faiz artım), Dövlət Neft Fondu - 10,388 milyard manat (11,3 faiz), dövlət əmlakının icarəsi - 7 milyon manat (40 faiz), büdcə təşkilatlarının büdcədənkənar gəlirləri - 300 milyon manat, digər gəlirlərdən isə 41 milyon manat təşkil edəcək.

13:12 18.11.2014

«Neftin qiymətinin 90 dollar olması bizə 2 milyard dollar zərər verəcək»

«Neftin qiymətinin büdcədə 90 dollar nəzərdə tutulması bizə, uzağı 2 milyard dollar zərər verəcək».Bunu İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib:

«Ola bilər ki, büdcədə neftin qiymətinin 90 dollardan götürülməsi bizə 2 mlrd. dollar zərər vursun. Neftin qiyməti 75 dollar olsa, biz 2 mlrd. dollar itirə bilərik. Amma bizim strateji valyuta ehtiyatlarımız 55 mlrd. dolları ötüb. Bu 2-3 mlrd. dollarlıq zərəri ödəməyə imkan verir. Bizim dövlətin kifayət qədər imkanı var ki, sosial proqramlar yarımçıq qalmasın».

Davamı

XS
SM
MD
LG