Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:35

Leyla Yunusun səhhəti ağırlaşıb


Leyla Yunus
Leyla Yunus

-

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti kəskin pisləşib.

Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Qəmbərov məlumat verib. O bildirib ki, Leyla Yunusun qara ciyərində parçalanma başlayıb:

«Mütəmadi analiz götürürlər. Leyla xanım analizin nəticələrindən məlumatlıdır. Artıq qaraciyərdə parçalanma gedir və həmin hissəciklər qana qarışıb. Bu, çox təhlükəli nəticədir. Onda xroniki iştahasızlıq yaranıb. Buna görə də təzyiqi kəskin aşağı düşüb. Ağrı, xəstəlik yeriməsinə imkan vermir. Gücsüz, taqətsizdir. Xəstəliyinin fəsadları üzə çıxır. Bu minvalla nəticə pis ola bilər».

Leyla Yunusdiabet xəstəsidir. Onun həbsxanada lazımi müalicə ala bilmədiyi, mənəvi və psixi təzyiqlərlə üzləşdiyi bildirilir.

Leyla Yunus və həyat yoldaşı Arif Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.

Leyla Yunusun saxlanma şəraiti ilə əvvəllər de səslənən şikayətlərdən sonra Ombudsman Elmira Süleymanova AzadlıqRadiosu ilə söhbətində belə iddiaları rədd etmişdi. O, əmin edir ki, məhbusların durumu nəzarətdə saxlanılır.

İnsan haqları müvəkkili ilə 2 dəqiqəlik söhbət [video]
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

XS
SM
MD
LG