Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:28

Ekspert: «Manat oynayacaq. Oyun havasını da...»


Azərbaycan manatı
Azərbaycan manatı

-

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatında növbəti azalma qeydə alınıb. Azalma dörd aydır müşahidə olunur və bu müddətdə ehtiyat ümumilikdə 160 milyon dollar azalıb.

Bunu iqtisadçı ekspert Samir Əliyev AzadlıqRadiosuna müsahibəsində deyib.

Oktyabrda ehtiyatın həcmi 8,8 milyon ABŞ dolları azalıb. Bununla da oktyabr ayının 31-nə ehtiyatın ümumi həcmi on beş milyard otuz dörd milyon manata düşüb. İqtisadçının gözləntilərinə görə, azalma noyabrda da davam edəcək:

“Amma noyabrda oktyabr ayı ilə müqayisədə azalma nisbətən səngiyəcək. Proseslərin istiqaməti dünya əmtəə və maliyyə bazarlarında baş verənlər asılı olacaq. Neft ucuzlaşmaqda davam edərsə, şübhəsiz manat üçün təzyiq artacaq”.

İqtisadçının hesablamalarına görə, son dörd ayda azalma olsa da ümumilikdə 2014-cü ilin on ayı ərzində valyuta ehtiyatı 6,2% və ya 881,6 milyon dollar artaraq on dörd milyard 152 milyondan on beş milyard otuz üç milyon dollara yüksəlib. Samir Əliyev 2014-cü ildə manatın sabit qalacağını proqnozlaşdırır:

“Mərkəzi Bank manatın sabit saxlayacağını bəyan etsə də manatın taleyini neft həll edəcək. “Qara qızıl” indiki səviyyədə qalarsa Mərkəzi Bank vədini tuta bilər. Yox, neftin qiyməti ucuzlaşarsa, milli valyuta da ucuzlaşacaq”.

Samir Əliyev fikrincə 2014-cü ildə manat sabit qala bilər, amma 2015-ci ilin üçün bunu demək çətin olacaq:

“Bununla bağlı Rusiya nümunəsi var. 2009-cu il deyil ki, atdığı addım özünü doğrultsun. Neftin indiki ucuzlaşması uzunmüddətlidir. Manatı isə qarşıdakı illərdə qeyri-sabit rəqslər gözləyir. Musiqi isə London Əmtəə Birjasında sifariş edilir”.

XS
SM
MD
LG