Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:18

Korrupsiyanı Qavrama İndeksi: Azərbaycan Gürcüstandan 76, Ermənistandan 32 pillə geridir


Arxiv fotosu.
Arxiv fotosu.

.

AZƏRBAYCAN ERMƏNİSTANDAN 32 PİLLƏ GERİDİR

Transparency İnternational – Beynəlxalq Şəffaflıq Təşkilatının 2014-cü ilə dair Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycan 175 ölkə arasında 126-cı sırada qərarlaşır. Keçənilki hesabatda Azərbaycan 177 dövlət arasında 127-ci göstərilmişdi.

Bununla belə, Azərbaycan hələ də Mavritaniya, Qambiya, Honduras kimi yüksək korrupsiyalaşmış ölkələr sırasındadır.

Azərbaycanın qonşularından Ermənistan da korrupsiyanın səviyyəsinə görə keçənilki 94-cü yerini qoruyub. Bununla belə, Transparency İnternational-a görə Ermənistanda rüşvətxorluq və korrupsiya Azərbaycanla müqayisədə 32 pillə daha azdır.

Gürcüstan isə keçən ilə baxanda xeyli irəliləyiş edib. Bu ölkə korrupsiya indeksinə görə keçən 56-cı yerdə idisə, bu il 50-ci sıraya yüksəlib.
Türkiyədə isə kəskin geriləmə var. Bu ölkə keçənilki 56-cı yerdən 64-cü yerə düşüb.

DANİMARKA ƏN DÜRÜST ÖLKƏ OLUR

Danimarka keçən ilki kimi bu il də ən ən az korrupsiyalaşmış ölkə hesab edilib. Transparency İnternational-ın tərtib etdiyi siyahıda Danimarkanın ardınca Yeni Zelandiya, Finlandiya, İsveç, Norveç dünyada ən aşağı korrupsiya səviyyəli ölkələr kimi göstərilir.

Somali isə 175 ölkə arasında ən çox korrupsiyalaşmış dövlət hesab edilib.
Transparency İnternational ictimai sektorda korrupaiyanın səviyyəsinə dair ekspert rəyləri əsasında hər il bu hesabatı hazırlayır.

AZƏRBAYCAN CƏNUBİ QAFQAZIN KORRUPSİYA ÇEMPİONU OLARAQ QALIR

Hökumətlərin açıq olması, dövlət xərclərinə cəmiyyətin nəzarət edə bilmə səviyyəsinə görə ölkələrin sırası müəyyən edilir. Siyahıda aşağı göstəricilər o deməkdir ki, həmin ölkədə davamlı rüşvətxorluq, korrupsiya yallarına görə cəasızlıq, hökumət qurumlarının vətəndaşlarının ehtiyaclarına uyğun çalışmaması kimi bir vəziyyət hökm sürür.

Bu göstəricilərinə görə Azərbaycan bir neçə ildir ki, Cənubi Qafqazın ən korrupsiyalaşmış ölkəsi olaraq qalır.

Hələlik bu hesabata Azərbaycan rəsmilərinin bir reaksiyası yoxdur. Amma hökumət təmsilçiləri adətən ölkədə korrupsiyanın geniş yayılması barədə ittihamlarırədd edirlər.

Korrupsiya ilə Mübarizə Komissiyasının üzvü, millət vəkili Əli Hüseynli bu yaxınlar AzadlıqRadiosunun əməkdaşının Azərbaycanda korrupsiyanın səviyyəsi barədə suallarına cavabında demişdi ki, ölkədə korrupsiya ilə mübarizə ciddi irəliləyişlər var: “Ancaq iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdə korrupsiya ilə mübarizənin spesifikliyi olur. Onunla mübarizə də elə də asan deyil. Ancaq son siyasət effekt verməyə başlayıb."

XS
SM
MD
LG