Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:58
"Sovetski"dəki məktəbdə seçki "karusel"i
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

«Sovetski»dəki məktəbdə seçki «karusel»i

Azərbaycanda 4-cü bələdiyyə seçkiləri dəqiqəbədəqiqə

23 dekabr seçkilərində 15 min 35 üzv seçilməlidir. Ölkənin 118 seçki dairəsindən 1607 bələdiyyəyə seçki aparılır.

37 min nəfərin iddialı olduğu seçkilərdə ən çox namizəd hakim Yeni Azərbaycan Partiyasından qeydə alınıb – azı 13 min 400 namizəd. Ana Vətən Partiyasından – 159, Vətəndaş Həmrəyliyi Partiyasından – 105, Böyük Quruluş Partiyasından –86, Demokratik İslahatlar Partiyasından – 55, Ümid Partiyasından –50, Milli Dirçəliş Hərəkatı Partiyasından – 27, Sosial Demokrat Partiyasından – 21 namizəd var.

Namizədlər arasında bütövlükdə 30 partiyanın təmsilçisi yer alır.

Azərbaycanda bələdiyyələr 1999-cu ildə yaradılıb. İndiki seçki sayca dördüncüdür.

AzadlıqRadiosu səsvermənin gedişini canlı izləyir və xəbərləri daim yeniləyir. Canlı bloqun postları zaman ardıcıllığıyla yerləşdirilir. Ən son məlumat ən əvvəldə verilir. Bloqun sonundakı göy rəngli («davamı») düyməni basmaqla bloqu vərəqləmək olar.

Sizin də bələdiyyə seçkiləri zamanı qarşılaşdığınız seçki pozuntusu olarsa, çəkdiyiniz foto və videoları AzadlıqRadiosu ilə bölüşün.

WHATSAPP – (+994) 50 213 56 30

Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

E-poçtla - Görüntüləri elektron poçtla da göndərə bilərsən:efir@azadliqradiosu.az

12:32 23.12.2014

Azərbaycan prezidenti İlham Əliyev səs verib

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev səs verib. APA-nın məlumatına görə, prezident 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Prezidentin xanımı Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.

11:58 23.12.2014

17 saylı Yasamal III seçki dairəsinin 3 məntəqəsində karusel olub

AzadlıqRadisounun əməkdaşları karusel əməliyyatını yerində müşahidə ediblər. Qrup şəklində gələn qadınlar 173 saylı orta məktəbin içində olan üç məntəqənin hər üçündə də səs veriblər.

Daha bir qayda pozuntusu bülletenlərlə bağlıdır. Məktəb direktoru əməkdaşımızla söhbətdə bildirib ki, bülletenlər onun seyfində saxlanır və 100-100 gətirilib məntəqə üzvlərinə verilir. Hər 100 bülleten gətirilərkən qulaqcıqları kəsilir və o şəkildə saxlanır.

Bunlarla bağlı AzadlıqRadiosunun video qeydlər var, az sonra səhifəmizdə olacaq.

11:55 23.12.2014

15 saylı Yasamal Birinci Seçki Dairəsinin 12 saylı məntəqəsində MeydanTv-nin əməkdaşının gördükləri

Davamı

XS
SM
MD
LG