Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:19

«Seçkiyə gedəcəm, amma...»


Arxiv foto
Arxiv foto

-

Gözlə

No media source currently available

0:00 0:04:37 0:00
Direct-ə keçid

«Yəqinki seçkiyə gedəcəm, amma bilmirəm kimə səs verəcəm. Nə özləri, nə də nümayəndələri gəlib özlərini tanıtmayıblar».

Sabah – dekabrın 23-ü ölkədə növbəti bələdiyyə seçkisi keçiriləcək. Seçkiqabağı təşviqat aparılması üçün ayrılmış müddət bu gün başa çatıb. Minlərlə namizəd 22 gün ərzində özlərinin təbliğatı ilə məşğul olublar ki, seçiciləri onları tanısın, səs versin. Amma namizədini tanımayan təkcə təqaüdçü Vaqif dayı deyil. Bakıda bir neçə seçici ilə söhbətdən anlaşılan odur ki, sakinlərin çox az qismi bu seçkidən məlumatlıdır.

Seçki ab-havası təkcə seçicilər arasında yox, elə partiyalararası da sönükdür.

«BELƏ SEÇKİ HƏLƏ OLMAMIŞDI»

«Azərbaycanın tarixində bu bələdiyyə seçkisinə olan qədər az maraq heç bir seçkidə olmamışdı».

Müsavat Partiyasının rəhbəri Arif Hacılı ilk gündən seçkilərdə iştirakı yerli strukturların öhdəsinə buraxdıqlarını deyirlər. O ki qaldı təşviqat-təbliğat dönəminin necə keçməsinə, Arif Hacılı deyir ki, bəzi rayonlarda namizədlərin partiya mənsubiyyətinə görə problem yaşanıb.

«Bir çox rayonlarda namizədləri qeydə almaqda problemlər yaşandı, xüsusən də onların partiya mənsubiyyəti göstərilməsi ilə bağlı. O ki qaldı təşviqata nəinki Müsavat, heç YAP tərəfindən də xüsusi təbliğat aparılmır. Görünür hakimiyyət də bu seçkiyə ictimai diqqətin yönəlməsində maraqlı deyil».

«RƏQABƏT OLMAYAN YERDƏ PROBLEM DƏ OLMAZ»

Ümid Partiyasının rəhbri İqbal Ağazadə də pozuntuların daha çox namizədləri qeydəalma mərhələsində baş verdiyini deyir. Planda daha çox namizəd ilə fərqli strategiya irəli sürmək olsa da, nəticədə partiyanın yalnız 600-ə yaxın üzvü namizədlik statusunu ala bilib:

«Düşünürdük ki, partiya kimi seçkiyə qatılaq və azı 800 subyektdən 5 min namizədlə seçkiyə qatılaq və efir vaxtı qazanaq. Həm təbliğatımızı geniş şəkildə aparaq, platformamızı deyək, həm də seçki ab-havası yaradaq. Hakimiyyət buna mane oldu. İlkin olaraq 541 subyekt üzrə 1500-ə yaxın namizədimizin siyahısını MSK-ya təqdim etdik. Hələ ortada heç nə yox ikən, o siyahılar icra strukturlarına yönləndirildi və hələ namizədləri irəli sürmədən siyahı üzrə həmin şəxslərə təzyiqlər başlandı. Təəssüf ki, bələdiyyə seçkisində meydanda partiya olaraq tək qaldıq və bizi də sıradan çıxarmaq çox asan oldu. İndi çox az namizəd qalıb. Rəqabət yoxdur, rəqabət olmayan yerdə nə problem olsun ki».

Təşviqat dönəminin əvvəldən tərtib olunmuş tədbirlər planına uyğun həyata keçirildiyi deyən Yeni Azərbaycan Partiyası seçkiyə 15 minə yaxın namizədlə gedir.

XS
SM
MD
LG