Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:09

George Soros Prezident İlham Əliyevə çağırış etdi


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Soros Fondu”nun təsisçisi George Soros ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Soros Fondu”nun təsisçisi George Soros ilə görüşüb

-

Açıq Cəmiyyət (Soros) Fondu yanvarın 22-də Azərbaycanda insan haqlarına təzyiqlərlə balı bəyanat yayıb.


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Soros Fondu”nun təsisçisi George Soros ilə görüşüb. AzərTAc-ın yaydığı məlumata görə, görüşdə Azərbaycanda gedən prosesləri ətrafında fikir mübadiləsi aparılıb.

Açıq Cəmiyyət Fondu isə yanvarın 22-də yaydığı bəyanatda Azərbaycanda vətəndaş cəmiyyətinə kampaniyanın güclənməsindən, bir neçə tanınmış insan haqları fəalının saxlanmasından dərin narahatlığını bildirib.

«Son bir neçə ay ərzində Azərbaycan hökuməti onlarla siyasi fəalı, insan haqları fəalını, jurnalistləri və hüquqşünasları həbs edib, onlara qarşı vəsaitin mənimsənilməsindən tutmuş vətənə xəyanətə qədər müxtəlif ittihamlar irəli sürüb. Bəzilərinə uzunmüddətli həbs cəzaları kəsilib,» bəyanatda deyilir.

Açıq Cəmiyyət Fondu hüquq müdafiəçiləri Leyla Yunus, Rəsul Cəfərov, hüquqşünas İntiqam Əliyev, jurnalist Xədicə İsmayılın adlarını çəkir.

Bəyanatda daha sonra deyilir ki, hakimiyyət apreldə Açıq Cəmiyyət fondunu da hədəfə alıb. Qurumun yerli bank hesabını dondurub, kompüterlərini müsadirə edib, keçmiş əməkdaşlarını dindirib. Açıq Cəmiyyət İnstitutu hər hansı nöqsana yol verməsi barədə iddiaları rədd edir.

Açıq Cəmiyyət İnstitutunun təsisçisi və sədri George Soros Davosda Prezident İlham Əliyevlə görüşdə prezidenti vətəndaş cəmiyyətinə təzyiqləri azaltmağa və qeydiyyatdan keçmiş xeyriyyə təşkilatlarının təqibinə son qoymağa çağırıb.

Qurum bildirir ki, 1999-cu ildən Açıq Cəmiyyət Fondu Bakıda yerli tərəfdaşları ilə birlikdə neft və qaz gəlirlərinin şəffaflığı naminə çalışıb. Soros həmçinin Azərbaycanı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə öncül yerini qaytarmaq üçün qətiyyətlə hərəkətə keçməyə çağırıb.

XS
SM
MD
LG