Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:00

Casusluqda ittiham olunanlara hökm oxunub


Foto: Arxiv
Foto: Arxiv

-

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə İranın xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Faiq QurbanovSeymur Rzazadənin cinayət işi üzrə proses başa çatıb.

F.Qurbanov 14, S.Rzazadə 13 il azadlıqdan məhrum ediliblər. Onlar CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqsirli biliniblər.

Prokuror onların 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

F.Qurbanovun vəkili Anar Qasımlının verdiyi məlumata görə, F.Qurbanov özünü təqsirli saymayıb. Digər müttəhim S.Rzazadə özünü təqsirli bilib.

Vəkil hökmdən apellyasiya şikayətinin veriləcəyini bildirib.

Həmin şəxslərin məhkəməsi 2014-cü il noyabrın 25-də başlamışdı.

İstintaq məlumatına görə, F.Qurbanov 2013-cü ildən İranın ETTELAAT xüsusi xidmətinin üzvü Bilal adlı şəxslə əməkdaşlıq edib. Bilal Azərbaycana dair məxfi məlumatları əldə etmək üçün F.Qurbanova xüsusi tapşırıqlar verib.

S. Rzazadə isə ETTELAAT əməkdaşı Qafari adlı şəxslə əməkdaşlıq edib və ona Lənkəranda dindarların vəziyyətinə dair məlumatlar ötürüb.

Hər ikisi Azərbaycan MTN-in əməkdaşları tərəfindən həbs olunublar.

XS
SM
MD
LG