Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:46

Şah İsmayılın sancağı pul vahidiymiş...


Sancaq
Sancaq

-

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə yeni və nadir eksponat daxil olub.

Muzeyin yaydığı xəbərə görə, bu, Səfəvi dövlətinin banisi Azərbaycan hökmdarı Şah İsmayılın adından kəsilmiş gümüş sikkə - sancaqdır.

Maraqlıdır ki, saç sancağına bənzəsə də, vaxtılə ondan pul vasitəsi kimi istifadə ediblər.

İranın cənubunda yerləşən Lar-Larican şəhərində dövriyyədə olan bu sancaq Şah İsmayıl və Şah Təhmasibin dövrünə aiddir.

Xəbərdə vurğulanır ki, bu cür sancaq Muzeyin Numizmatika fondunda qorunan yeganə eksponatdır.

XS
SM
MD
LG