Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:08

«Müxalifətin özünü meydana çıxaran lazım»


12 oktyabr mitinqi
12 oktyabr mitinqi

-

«Yeni Müsavat» qəzeti yazır ki, Azərbaycanda manatın devalvasiyası, banklarda dollarla krediti olanlara daha artıq aylıq ödəniş kəsilməsi, bəzi mallarda bahalaşma kütləvi susqunluqla müşahidə edilməkdədir. Müəllif yaranmış vəziyyəti ADP sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

Partiya sədrinin fikrincə, toplum vəziyyətin dəyişməsini istəyir, amma buna cəhd etmir: «Bizdə müftəxorluq var. Kimsə küçədə döyülsün, söyülsün, ancaq buna heç nə olmasın».

Sərdar Cəlaloğlu bu halda yükün müxalifətin üzərinə düşməsində də yanlışlıq görür: «Əslində xalqların sosial-iqtisadi problemlərini həmkarlar ittifaqları həll edir, vətəndaş cəmiyyəti institutları fəallıq nümayiş etdirir. Azərbaycanda müxalifət partiyaları bunu öz üzərinə götürməklə uduzub».

Yazıçı Seyran Səxavətin fikrincə isə, xalqı müxalifət meydana çıxarmalıdır: «Ancaq indi müxalifətin özünü meydana çıxaran lazımdır. Hələ ki bir-birini qırmaqla məşğuldurlar. Yeni heç nə olmadığı üçün adam danışmaq da istəmir. Sözə heyf olur. Ona görə də yeni şərait olmalıdır ki, nə isə deyəsən».

«KÜTLƏVİ İXTİSARLAR DAVAM EDİR»

«Azadlıq» qəzeti yazır ki, neftin ucuzlaşmasından sonra dövlət qurumlarında başlayan ixtisar davam edir.

Məlumatda deyilir ki, «Azərkörpü»də də ixtisarlara start verilib, yüzlərlə adam işdən çıxarılıb, bütün layihələr dayandırılıb.

«Azadlıq» hakim ailəyə yaxın tikinti şirkətlərinin də sıxıntı içində olduğunu yazır. Bildirilir ki, həmin şirkətlər bütün layihələrə ara verib.

Dağlıq Qarabağda erməni hərbçisi - 2012
Dağlıq Qarabağda erməni hərbçisi - 2012

«CƏBHƏDƏ YENİ TƏXRİBATLAR OLA BİLƏR»

«Sarkisian hakimiyyətini qorumaq üçün cəbhədə yeni təxribatlara əl ata bilər».

YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov yap.org.az-a açıqlamasında belə deyib.

Politoloq bildirib ki, hazırda Ermənistanı yeni böhran bürüyüb və bu böhran özünü daha çox hakimiyyət uğrunda mübarizədə göstərir.

«Ermənistanda baş verənlər göstərir ki, nə Sarkisian-ın, nə də müxalifətin geri çəkilmək niyyəti yoxdur və ölkədə vəziyyətin gərginləşməsi proqnozlaşdırılandır. Belə olan vəziyyətdə Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının intensivləşməsi qeydə alına bilər. Hətta, Ermənistanın növbəti hərbi təxribatlarının olması da istisna deyil» –Elman Nəsibov qeyd edib.

«TÜRKİYƏDƏ DÜŞÜNÜRLƏR Kİ, AZƏRBAYCAN...»

«Türkiyədə belə bir təəssürat var ki, Bakı səmimi deyil».

Bunu axar.az-a Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı deyib.Söhbət Türkiyə vətəndaşları üçün Azərbaycanda vizanın qalmasından gedir. Orxan Qafarlı deyir ki, bu məsələ Ankara üçün anlaşılmazdır:

«Türkiyənin Cənubi Qafqaz bölgəsində siyasi, hərbi və iqtisadi olaraq daha da güclənməsi, eyni zamanda regionda «İpək yolu» başda olmaqda digər strateji layihələrin reallaşması üçün bu viza sisteminin aradan qalxması lazımdır. Yalnız bu şəkildə Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın strateji xarakteri güclənə bilər».

XS
SM
MD
LG