Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:59

«Ləzgi» məscidinin imamı saxlanıb


Mübariz Qarayev
Mübariz Qarayev

-

«Martın 10-da şiə teoloq və tərcüməçi Ceyhun Cəfərov saxlanıb. O, Azərbaycanda din və inanc azadlığından istifadəyə görə cəzalandırılan şəxslərdəndir». Bunu Cəfərovun dostları dini hüquqlar üzrə ixtisaslaşmış «Forum 18» təşkilatına bildirib. O, casusluqda ittiham olunub və barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

42 yaşlı Ceyhun Cəfərov «Space» televiziyasında «Gecə söhbətləri» verilişinin aparıcı olub. O, «Təkamül» Tərcümə Mərkəzinə rəhbərlik edib. Martın 4-də qardaşı ilə İrandan qayıdıb. Qardaşı qonşu ölkədə böyrəyini əməliyyat etdirib. Martın 10-da Cəfərov saxlanıb.

MÜBARİZ QARAYEV DƏ SAXLANIB?

«Forum 18»in məlumatına görə, Cəfərovun həbsindən 2 həftə öncə beş sünni müsəlman saxlanıb. Onların içində İçərişəhərdəki Aşurbəy - «Ləzgi» məscidinin imamı Mübariz Qarayev də var.

«Ləzgi» məscidi hökumətin bağlamaq istədiyi sünni məscidlərdən biridir. Beş nəfər MTN tərəfindən saxlanıb, onlar barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu şəxslər qadağan olunmuş dini ədəbiyyat yaymaqda ittiham olunur. MTN təcridxanasında Yehovanın Şahidlərinə inanan iki vicdan məhbusu da yatır. Irina ZakharchenkoValidə Cəbrayılova barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib».

«Bu həbslər Azərbaycan hökumətinin insan haqlarından istifadəyə görə insanlara təzyiq kampaniyasının bir hissəsidir»,- «Forum 18» bildirir. Qurum saxlananların ailə üzvlərinin danışmağa belə qorxduğunu qeyd edir. MTN Yehovanın Şahidlərinin saxlandığını təsdiqləsə də, digər vicdan məhbusları barədə şərh verməyib.

MƏSCİDİN BAĞLANMASI TƏKLİF OLUNURDU

AzadlıqRadiosu məsələni diqqətdə saxlayacaq, rəsmi orqanlardan mövqe almağa çalışacaq.

Bir il öncə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda İçərişəhər «Cümə» Məscidinin axundu Hacı Surxay Məmmədli «Ləzgi» məscidinin qapadılmasını təklif edib. O, bildirib ki, «ölkə daxilində stabilliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilik, vəhhabilik, təkfirçilik, xəvariclikdir».

Dini məsələlərlə məşğul olan dövlət orqanları isə ölkədə bütün dini təriqətlər üçün bərabər şərait yaradıldığını, heç kəsə qarşı dini ayrı-seçkilik aparılmadığını, bütün vətəndaşların din azadlığının qorunduğunu bildirir.

XS
SM
MD
LG