Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:30

Prezident Administrasiyası: «Kim nə istəyir, yazsın, biz heç kimdən çəkinmirik»


Prezident Administrasiyası
Prezident Administrasiyası

-

«İlk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında bədnam qonşularımızın da təsiri var».

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov deyib.

F.Axundov bildirib ki, bu kampaniyanı aparanlar istədikləri nəticəni əldə edə bilməyəcəklər: «Onların bizə heç bir təsiri yoxdur. Çünki onlar təsir gücünə malik deyillər. Kim nə istəyir, yazsın, biz heç kimdən çəkinmirik. Azərbaycan müstəqil dövlətdir, öz müstəqil siyasəti var».

O, «Eurovision-2012» mahnı müsabiqəsi zamanı Azərbaycanın dünyada xeyli təbliğ olunduğunu söyləyib: «Buradan da görünür ki, o zaman da Azərbaycana qarşı aparılan kampaniyanın heç bir təsiri olmadı. Azərbaycan mahnı müsabiqəsində qalib gələndə 700 milyon insan Azərbaycanı araşdırıb, tapmağa başladı. İlk Avropa Oyunlarında da belə olacaq. Belə olanda isə düşmənlərimiz Azərbaycanın uğurlarına kölgə salmağa çalışacaqlar. Bunlar heç nəyə nail ola bilməzlər».

F.Axundovun qənaətincə, on il bundan əvvəl Azərbaycan dünyada indiki qədər tanınmırdı: «İndi isə Azərbaycanın beynəlxalq aləmdə bu qədər nüfuz qazanması «dostlarımızı» narahat edir. Mənə elə gəlir, onlar maaşlarını Azərbaycanı tənqid etdiklərinə görə alırlar. Təbii ki, tənqid konstruktiv olanda, biz onları nəzərə alırıq. Lakin bu tənqidlərin məqsədi yalnız Azərbaycanın imicinə zərbə endirməkdir. Azərbaycanla bağlı nəticə göz qabağındadır, bəziləri isə bunu paxıllıqdan görmür».

Bu il Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək. Bu ərəfədə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda fundamental insan haqlarının pozulmasına, hakimiyyəti tənqid edənlərin həbs olunmasına diqqət çəkirlər.

XS
SM
MD
LG