Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:33

Bəzi yollara icazəsiz daxil olanlar 60 manat cərimələnəcək


Baku 2015
Baku 2015

-

«Bakı-2015» ilk Avropa Oyunlarının əsas marşrutu boyunca paytaxt Bakı yollarında hərəkət zolaqlarının çəkilməsinə başlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev​ bildirib ki, zolaqda yalnız xüsusi buraxılış icazəsinə malik avtomobillər hərəkət edəcək: «Paytaxt küçələrində zolaqların çəkilməsi prosesi mayın ortalarına kimi başa çatdırılacaq. Zolaqlar daxilində hər 250 metrdən bir «Bakı-2015» ilk Avropa Oyunlarının loqosu çəkilib. Sürücülər nəzərə almalıdırlar ki, bu zolağa daxil olmaq üçün xüsusi buraxılış tələb edilir».

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov da musavat.com-a açıqlamasında bildirdi ki, bu zolağa hər hansı bir sürücünün daxil olması inzibati məsuliyyət yaradacaq:

«Bu zolaqda ancaq təyin edilmiş nəqliyyat vasitələrinin hərəkəti nəzərdə tutulur. Buraya daxil olan digər sürücülər cərimə olunacaq. Yola müvafiq nişanlar qoyulacaq, kameralar quraşdırılacaq və nəzarət olunacaq... Metronun «Koroğlu» stansiyasından Ziya Bünyadov prospektinə qədər xətlər artıq çəkilib və işlər davam etdirilir. Bu yollara Avropa Oyunlarının emblemi də vurulacaq».

Qanuna əsasən, qadağan olunan yola girdikdə sürücülər 60 AZN və 3 bal cərimələnə bilər.

Avropa Oyunları zolaqlarına daxil olan sürücülərə də məhz bu cərimənin tətbiq ediləcəyi ehtimal olunur. Lakin daha dəqiq qərarlar zolaqlar tam hazır olduqdan və qadağa nişanları qoyulduqdan sonra bilinəcək.

XS
SM
MD
LG