Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:53

Murad Ədilov 6 il azadlıqdan məhrum edildi


Arxiv fotosu: Murad Ədilov qızı ilə Bakıda.
Arxiv fotosu: Murad Ədilov qızı ilə Bakıda.

.

Martın 14-də AXCP fəalı, bu partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Lənkəran rayon Ağır Cinayətlər məhkəməsində çıxarılıb. Prokuror külli miqdarda narkotik maddə saxlamaqda ittiham edilən Murad Ədilovun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Murad Ədilovun özü ittihamı rədd edir, özünün və qardaşının siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir. O, məhkəmədə son sözündə deyib:

“Mən, qardaşım Natiq Ədilova, siyasi fəaliyyətimizə görə həbs olunmuşam. İstənilən cəzadan aslı olmayaraq mübarizə yolumdan dönməyəcəm”.


Murad Ədilovun vəkili Yalçın İmanov AzadlıqRadiosuna məhkəmənin bu qərarını əsassız, ədalətsiz kimi dəyərləndirib:

“İstintaq müddətində Murada qarşı ittihamlar təsdiq olunmamış, sübutlar əsaslandırılmayıb.

Biz iki nəfər hal şahidindən biri ilə bağlı sorğu göndərmişdik. Məlum olmuşdu ki, o narkotika istifadəçisi kimi Norkoloji Mərkəzdə qeydiyyatdadır. Bu da istər istintaq, istər də məhkəmə zamanı polislə birlikdə gəzən hal-şahidlərinin onların təsiri, təzyiqi və himayəsi altında olmaları barədə şübhələrimizin əsaslı olduğunu göstərir. Çünki polislərlə, hal-şahidlərinin verdikləri ifadələr nöqtə, vergülünə qədər eyni idi”.

Yalçın İmanov hökmdən apellyasiya şikayəti verəcəklərini bildirir.

Murad Ədilov avqustun 11-də Sabirabadda külli miqdarda narkotik maddə saxlamaqda ittihamı ilə həbs edilib. Polis şöbəsində döyüldüyün bildirir.

İnsan haqları fəalları onun siyasi məhbus olduğunu deyirlər.

XS
SM
MD
LG