Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:29

İlqar Məmmədov «karser»dən çıxarıldı


İlqar Məmmədov
İlqar Məmmədov

-

REAL Hərəkatının sədri İlqar Məmmədov mayın 18-i səhər saatlarında cərimə kamerası - «karser»dən çıxarılıb.

Bu barədə REAL təmsilçisi Natiq Cəfərli öz «facebook» səhifəsində yazır.

«Bu işdə əməyi keçən, məsələyə anında reaksiya verən Ombudsman Aparatına, şəxsən Elmira xanıma təşəkkür edirəm. İşçı qrupunun bəzi üzvləri də bu məsələ ilə ciddi məşğul olublar, onlara da təşəkkürümü bildirirəm. İlqar bəylə telefonla danışdıq, hər şey qaydasındadır, gümrahdır, narahat olan bütün dostlara salamlarını çatdırdı» – deyə Natiq Cəfərli qeyd edib.

İlqar Məmmədov mayın 14-də 7 sutkalıq cərimə kamerasına salınmışdı. Mayın 15-də 2 saylı cəzaçəkmə müəssisəsinə gedən vəkili Fuad Ağayevə bunun səbəbi izah edilməmişdi.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda baş verən etiraz aksiyalarına görə 7 il azadlıqdan məhrum edilib. O, kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirli bilinib.

Müdafiə tərəfi İlqar Məmmədovun əslində siyasi fəaliyyətinə görə cəzalandırıldığını deyirlər. Amma rəsmilər bu ittihamı inkar edirlər.

Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılması və hakimiyyətin ona təzminat ödəməsi barədə qərar çıxarıb.

XS
SM
MD
LG