Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:56

Sakinlərin bir qisminin evləri bankda girovdadır, bəziləri də toya hazırlaşırmış


Yanan binada qadın kömək gözləyir - 19 may 2015
Yanan binada qadın kömək gözləyir - 19 may 2015

-

Mayın 20-də yerli medianın başlıca mövzusu bir gün öncə paytaxtda baş verən yanğınla bağlıldır.

«Bizim yol» yazır: «Sakinlərin bir qisminin evləri bankda girovdadır, bəziləri də toya hazırlaşırmış.

Kredit götürərək ailə həyatı qurmaq istəyən şəxslərin evləri gözlərinin qarşısında yanıb kül oldu».

Qəzet hadisəni yolda eşidib geri qayıdan sakinlərin vəziyyətini də təsvir edir: «Onlarla insanın ürəyi getdi. Burada olan təcili tibbi yardım briqadası bu şəxslərə yerindəcə kömək etməyə çalışırdı. Binanın kənarında dayanıb evinin yanmasına seyr etməkən başqa çarəsi olmayan sakinlər ağlayır, Allaha dua edir, mərdimazarları lənətləyirdilər.

Polis insanları yanan binadan uzaqlaşdırmağa çalışırdı. Bu zamanmənzili yanan sakinlərdən biri polisə etiraz etdi: «Hə, mən ağlayıram, mən sizə ağlayaraq etiraz edirəm. Çünki başımıza bunun gələcəyini bilirdik. İllərlə qəpik-qəpik yığdığımız evimizi yıxdınız, ümidlərimizi puç etdiniz!».

«YANAN BACI-QARDAŞLA BAĞLI ANIM MƏRASİMİ KEÇİRİLİB»

Yanan binada həlak olan Ülkər və Davud Eyvazovlar üçün 283 nömrəli məktəbdə anım mərasimi keçirilib.

Ülkər və Davud Eyvazovlar
Ülkər və Davud Eyvazovlar

Qafqazinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə,mərasimdə məktəb direktoru, mərhumun sinif yoldaşları və müəllimləri iştirak edib. Müəllimə Nazəndə Quliyeva bildirib ki, Davud yaxşı şagird olub:

«O, savadlı, çalışqan şagird idi. Məktəbin təşkil etdiyi tədbirlərdə də fəal iştirak edirdi. Neft üzrə mütəxəssis olmaq istəyirdi. Bacısı Ülkər də bu məktəbin şagirdi olub. Anası çox yaxşı qadın idi. Heç kim inana bilmir ki, onlar ölüb».

Məktəb direktoru Şükufə Axundova isə qeyd edib ki, anaları Zülfiyyə xanım uşaqlara həm ata, həm də ana idi.

Eyvazovlar ailəsi Lökbatan qəbiristanlığında dəfn olunub.

Binəqədidə baş verən dəhşətli yanğından bir ailənin üç üzvü həlak olub. Davud Eyvazov 16, bacısı Ülkər Eyvazova 21 yaşındaydı. Onların anası Zülfiyyə Şirinova da yanğında ölüb.

«HACI İBRAHIM AEROPORTDA SAXLANILIB»

«Yeni Müsavat» yazır ki, «oliqarxqeyt» işində adı keçən ən iri sahibkarlardan biri – «Avesta» konserninin rəhbəri olan Hacı İbrahim Nehrəmli mayın 13-dəBMCQMİ-yə aparılandan sonra istintaqla aralarında razılaşma əldə edilib.

Hacı İbrahim Nehrəmli
Hacı İbrahim Nehrəmli

«Buna görə də ona saxlanılan digər sahibkarlardan fərqli münasibət göstəriblər, dindirmədən sonra azad ediblər. İşadamı sərbəst buraxılandan sonra mətbuata açıqlama verərək Beynəlxalq Bankdan götürdüyü kredit borclarını mayın 19-na qədər geri qaytarmaq öhdəliyi götürdüyünü açıqlamışdı. Belə görünürdü ki, Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan aldığı 78 milyonluq krediti geri qaytarmaq niyyətindədir.

Məlumata görə, bundan sonra Hacı İbrahim Nehrəmli ölkədən gizli yolla çıxmaq istəyib. O, Gəncə aeroportuna gedərək yaxın dostunun özəl təyyarəsi ilə Türkiyəyə uçmaq istəyib. Lakin təyyarəyə son anda uçuş icazəsi verilməyib. Təyyarədən düşürülən «Avesta» konserninin prezidentini Gəncədən birbaşa BMCQMİ-yə gətiriblər. Hacı İbrahim Nehrəmlinin barəsində məhkəmənin həbs qərarı verəcəyi gözlənilir».

«AZƏRBAYCAN SOSİAL-İQTİSADİ İNKİŞAFI İLƏ DƏ AVROPADA BİRİNCİDİR»

«Azərbaycan» qəzetinin baş məqlaəsi belə adlanır.

«Bu günlər Azərbaycan bütün sahələrdə, o cümlədən sosial-iqtisadi inkişafda da nəyə qadir olduğunu göstərir. Dövlət Statistika Komitəsinin cari ilin yanvar-aprel ayları üzrə ölkənin makroiqtisadi göstəricilərini açıqlayan hesabatı da sübut edir ki, Azərbaycan sosial-iqtisadi sahədəki inkişafı ilə də Avropada birincidir».

Qəzet DSK-ya istinadla yazır ki, son 4 ayda ölkədə ümumi daxili məhsul istehsalının (ÜDM) həcmi 5.5 faiz artaraq 16.6 milyard manata çatıb. Əlavə dəyərin 36.2 faizi sənayedə, 13.5 faizi tikinti kompleksində, 13.5 faizi ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətində, 6 faizi nəqliyyatda, 2 faizi rabitədə, 3 faizi kənd təsərrüfatında, 15.2 faizi digər sahələrdə yaradılıb.

Məhsula və idxala xalis vergilər isə 10.6 faiz olub. Ötən ilin eyni dövrü ilə müqayisədə əlavə dəyərin qeyri-neft sektorunda 6.8, neft sektorunda 4 faiz artdığı deyilir.

XS
SM
MD
LG