Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:16

Əcnəbilər Nizami adına Ədəbiyyat Muzeyindən şikayətlənirlər


Nizami adına Ədəbiyyat Muzeyi
Nizami adına Ədəbiyyat Muzeyi

-

Xalını çirkləndirməmək üçün...

“Köhnə şəhərlə fəvvarələr meydanı arasında gözəl bir muzeydir. İçəri girmək istəsəniz, qapını döyün, çünki əvvəl bağlı kimi görünür.

Üstündə də açıq, ya bağlı olduğu yazılmayıb. Döydüm, açdılar, ayağıma geyinmək üçün qoruyucu sellofanlar verdilər. Dedilər ki, xalça-palazı çirkləndirməmək üçün bunları geyinmək məcburidir.

İngilis dilində danışan bələdçi istəsən, bunun qiyməti 10 manatdır. Ümumilikdə, gözəl muzeydir. Tarix və ədəbiyyatı xoşlayanlar üçün çox maraqlıdır”

"Tripadvisor" səhifəsində bir əcnəbi rəy yazır.

“Muzey eksponatlarının üstündə rus, yaxud da ingiliscə izahlar yox idi. Bu dilləri bilən bələdçi isə mən gedən vaxt işdə deyildi. Hər iki dili bilirəm, amma muzeyin gözəl eksponatlarından zövq ala bilmədim” - deyə, həmin səhifədə Bakının başqa bir qonağı fikirlərini bölüşür.

“Nizami adına Ədəbiyyat Muzeyinə getdim. Təəssüf ki, qapı bağlıydı, ya da elə görünürdü, sonra iki işçi bizi içəri buaxdı.12-ci əsr şairi Nizami Gəncəvi adına olan muzey 1939-cu ildə tikilib.

İçəri girəndə zarafatla dedim ki, bu çox ciddi qorunan sərgi zalları qaçaq yazıçıları gizlətmək üçün ideal yer ola bilər.

İstanbul muzeylərinə alışmış bir adam üçün Nizami adına Ədəbiyyat Muzeyinin qaydalarına öyrəşmək çətindir. Ayağına qoruyucu geyinməlisən sarayın xalısını çirk etməmək üçün.

İstədin-istəmədin, bələdçi təyin olunur səni gəzdirməyə. Düz bir saat vaxt verilir. Bu bir saata binadakı 30 salonu Azərbaycan yazarlarının tərcümeyi-hallarından danışan və səni addım-addım izləyən bələdçi ilə birlikdə gəzməlisən.

Muzeyin otaqlarının işıqları yalnız sən ora girəndə yanır. Binanın içində mobil telefonla danışmaq qadağandır. Qaydalarının sərtliyinə baxmayaraq, muzeydə çox yaxşı klassik materiallar sərgilənir” - Kaya Genç, "Daily Sabah" qəzetində yazır.

Oxu zalı

XS
SM
MD
LG