Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:17

Novruz Məmmədov: Azərbaycanın Avropa Şurasında üzvlüyü sual altındadaır


Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi hesabata münasibətdə Tvitterdə yazıb:

“Aİ-nin bəzi strukturlarıyla birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir.“Biz necə istəyirik o da olmalıdır” prinsipi əsasdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər.


Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”.

XS
SM
MD
LG