Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:54

Azərbaycan-Gürcüstan münasibətlərini sınağa çəkən hadisə


Qırmızı Körpü
Qırmızı Körpü

ATƏT-in fəaliyyətinin dayandırılması iqtidara nə vəd edir, beynəlxalq təşkilatlara demokratiya maraqlıdırmı – 6 iyul, 2015-ci il, mətbuat icmalı.

-

ATƏT-in fəaliyyətinin dayandırılması iqtidara nə vəd edir, beynəlxalq təşkilatlara demokratiya maraqlıdırmı – 6 iyul mətbuat icmalı

«İdman siyasiləşəndə, həqiqətən, təhlükəli olurmuş». «Yeni Müsavat» qəzeti belə yazır.

Qəzetin yazdığına görə, ötən həftəsonu Azərbaycan-Gürcüstan münasibətlərini növbəti dəfə sınağa çəkən hadisə ilk baxışda adi görünə bilər, ancaq az qalmışdı iki ölkə arasında siyasi qalmaqala çevrilsin.

Azərbaycan-Gürcüstan sərhədi, Qırmızı Körpü
Azərbaycan-Gürcüstan sərhədi, Qırmızı Körpü

«Söhbət iyulun 2-də Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə keçirilmiş «Dinamo» - «Qəbələ» oyununda yaşanan insidentdən gedir. Bəlli olduğu kimi, matç zamanı azərbaycanlı azarkeşlərə hücum olub, onlardan bir neçəsi döyülüb, dövlət bayrağımız ayaqaltı edilib, stadionda Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu plakat-xəritə («Zaqatala, Qax 1921 - unutmuruq!») qaldırılıb.

Rəsmi Tiflis son illər Avropa Birliyinə, NATO-ya sürətlə yaxınlaşmaq, inteqrasiya olunmaq kursu aparır ki, bu da ilk növbədə Qərblə gərgin münasibətlərdə olan Moskvanı narahat etməyə bilməz. Çünki Gürcüstanın tamamən əldən çıxması yekun etibarilə Azərbaycanın və Ermənistanın da onun üçün həmişəlik itirilməsinə gətirəcək.

Tiflisdəki futbol qalmaqalına da, zənnimizcə, ən əvvəl şimal qonşumuzun geosiyasi maraqları prizmasından, Kremlin qərb qonşumuzu nəyin bahasına olur-olsun təkləmək, onun Qərbə inteqrasiyasını əngəlləmək planının tərkib hissəsi kimi baxmaq lazım gəlir...»

ATƏT-İN FƏALİYYƏTİNİN DAYANDIRILMASI İQTİDARA NƏ VƏD EDİR?

«Azadlıq» qəzeti iyulun 3-də Azərbaycanda fəaliyyətini dayandıran ATƏT-in Bakı Layihə Əlaqələndiricisindən yazır. Qəzet ATƏT-lə Azərbaycan hakimiyyəti arasında yaşanan gərginlik və ATƏT fəaliyyətinin dayandırılmasının iqtidara nə vəd etməsinə aydınlıq gətirməyə çalışıb.

Arxiv fotosu
Arxiv fotosu

«Baş verənlər göstərir ki, Azərbaycan hakimiyyəti ATƏT-in Bakı Layihə Koordinatorluğunun fəaliyyətinə birmənalı razılıq verməyib. Təbii ki, bu fəaliyyət bütün hallarda hakimiyyətlə razılaşdırılmış şəkildə həyata keçirilir. Amma bu, ATƏT-in siyasi baxımdan geri çəkilməsi demək deyil. Çünki ATƏT-in bundan əvvəlki mövqeyində Bakının yanaşması ilə razılaşmadıqları ifadə olunmuşdu. Bundan sonrakı proseslər böyük ehtimalla siyasi gərginliklə müşahidə olunacaq. Yəqin ki, bu məsələ ATƏT səviyyəsində müzakirə olunacaq və baş verənlərə münasibət bildiriləcək. Çünki ATƏT-in bundan əvvəlki mövqeyində bəyan olunurdu ki, təşkilat 57 ölkənin verdiyi mandat ilə dekabrın 31-nə qədər fəaliyyətini davam etdirəcək» – bunu olayı qəzetə şərh edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.

«BƏZİ BEYNƏLXALQ TƏŞKİLATLARA DEMOKRATİYA MARAQLİ DEYİL»

«Bəzi beynəlxalq təşkilatlara, əslində supergüclərə heç də insan haqları, hüquq və azadlıqların təmin olunması, demokratiya maraqlı deyil. Onları ancaq özlərinin maraqları, dünyaya nəzarəti həyata keçirmək və bunu nəyin bahasına olursa- olsun gerçəkləşdirmək iddiaları maraqlandırır». Yap.org.az portalının yazdığına görə, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, bu dairlər çalışırlar ki, xüsusilə, inkişaf edən gənc müstəqil ölkələrə nəzarəti əllərinə alsınlar, onları öz yollarından döndərsinlər. Onun sözlərinə görə, dünyada ikili standartlar, ədalətsiz yanaşmalar mövcuddur.

XS
SM
MD
LG