Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:53

Xədicənin həbsindəki sirlər...


Amanda Rivkin Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında Xədicənin azad olunması tələbilə etiraz aksiyasında.
Amanda Rivkin Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında Xədicənin azad olunması tələbilə etiraz aksiyasında.

.

"Putin Əliyevi inandırıb ki, Ukrayna hadisələrinin fonunda ABŞ onu devirməyə çalışır."

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsinə görə, bir neçə aksiya təşkil etmiş həmkarı Amanda Rivkin "Amerikanın Səsi"nə müsahibəsində onun azad olunması ilə bağlı rəsmi təzyiqlərin səviyyəsindən narazı olduğunu bildirib.

Xədicənin həbsi ilə Azərbaycan siyasətində yeni dövrün başlandığını dilə gətirən xanım Rivkin İlham Əliyev hökumətinin Moskvaya istiqamətlənən siyasi kurs götürdüyünü deyib. Onunla müsahibəni təqdim edirik:

Amerikanın Səsi: Ciddi yeniliklər olmasa da, hazırda həbsdə olan jurnalist Xədicə İsmayılın işi ilə bağlı bəzi yeniliklər var. Jurnalistin vəkili Fariz Namazlının bildirdiyinə görə, onun üzərindən dövlət sirrinin yaymaq ittihamı götürülüb. Gözlənən məhkəmə prosesi barədə nə deyə bilərsiniz?

Amanda Rivkin: Mən Azərbaycanın məhkəmə qanunları barədə yetərli məlumata malik olmadığım üçün detallar barədə şərh verə bilməyəcəm. Təxminlərim ondan ibarətdir ki, hökumət bu işlə bağlı beynəlxalq təşkilatların güclü və saysız-hesabsız təzyiqləri ilə qarşılaşdı və burada kiçik irəliləyişlər əsasən də ölkədən kənar məqsədlər üçün hökumət tərəfindən istifadə oluna bilər. Belə ki, onlar Xədicənin qanunlar çərçivəsində “ədalətli mühakimə” olunduğunu göstərməyə çalışırlar.

Xədicənin azad olunması üçün Azərbaycan hökumətinə rəsmi təzyiqlərin səviyyəsindən tamamilə narazıyam. Çünki o, hələ də həbsdədir.

Əlbəttə, mən əminəm ki, bu iş bütünlüklə siyasi motivlidir və Xədicənin prezidentin ailəsinin Azərbaycandakı biznesləri, müxtəlif ofşor hesabları və İsveçin telekom provayderi TeliaSonera kimi beynəlxalq biznesləri barədə araşdırmaları ilə bağlıdır. Ona görə də hər hansı belə iddia nağıldan başqa bir şey deyil.

Fakt budur ki, ilkin ittihamnamədə özünü öldürmə həddinə çatdırıldığını deyilən keçmiş sevgilisinin sonradan ölkənin təhlükəsizlik agentliyi tərəfindən şantaj olunduğunu deməsi və o zamandan bəri ictimai şəkildə iddiasını geri götürdüyünü söyləməsi işin tam qurama olduğunu göstərir.

Amerikanın Səsi: Xədicənin azad olunması üçün Azərbaycan hökumətinə rəsmi təzyiqlərin səviyyəsindən razısınızmı?

Amanda Rivkin: Mən Xədicənin azad olunması üçün Azərbaycan hökumətinə rəsmi təzyiqlərin səviyyəsindən tamamilə narazıyam. Çünki o, hələ də həbsdədir.

Ancaq Xədicə həbsdə ola-ola kəskin və ruhlandırıcı araşdırmalarını davam etdirir və mən onun cəsarətinə heyranam. Mən şəxsən ABŞ hökumətinin bir çox rəsmisi ilə birbaşa Xədicənin işi ilə bağlı təmas qursam da, bu məsələ ictimai xarakter almayıb. Bu, çox təəssüfedicidir.

Mən həmçinin inanıram ki, Malala Yusifzayla bağlı gördüyümüz kimi xarici qrupların təzyiqlərinin əks-effekti ola və həmin şəxsi narahat edə bilər. Bu işdə Xədicə xarici hökumətlərin, qüvvələrin vasitəsi kimi göstərilir və yerli fikirdə ona qarşı istifadə edilir. Ancaq bilirəm ki, Azərbaycanda bu işdən xəbəri olanlar Xədicə kimi sülalə rejimində yaşadıqlarından xəbərdardırlar və onun səylərini dəstəkləyirlər.

ARDNŞ-ə, eləcə də illərdir Əfqanıstan müharibəsində NATO-nu təchiz etmək üçün tranzit ölkə kimi Azərbaycana verilən pullarla müqayisədə müxalif fəallara və fəaliyyətlərə verilən pul o qədər azdır ki, bu, simvolik bir şey sayılır.

Xədicənin hazırda hələ də dəmir barmaqlıqlar arxasında olması faktı onu deyir ki, Azərbaycan hökumətinə yetərli effektiv təpki göstərilməyib. Mən həm də əlavə etməliyəm ki, ARDNŞ-ə (Azərbaycan Dövlət Neft Şirkəti), eləcə də illərdir Əfqanıstan müharibəsində NATO-nu təchiz etmək üçün tranzit ölkə kimi Azərbaycana verilən pullarla müqayisədə müxalif fəallara və fəaliyyətlərə verilən pul o qədər azdır ki, bu, simvolik bir şey sayılır.

ABŞ rəsmiləri və başqa Qərb ölkələri qeyri-demokratik ölkələri resurslar və yardımlarla təmin etməklə bağlı öz vətəndaşlarının tənqidlərindən sığortalanmaq üçün formal xarakterli addımlar atır.

Amerikanın Səsi: Xədicənin jurnalist icmasındakı dostları həbsdə olan həmkarları ilə həmrəylik nümayiş etdirərək Azərbaycandakı korrupsiyanı gündəmə gətirirlər. Siz bu səylər haqda nəsə demək istərdinizmi?

Amanda Rivkin: Mən bu sentimenti dəstəkləsəm də, düşünmürəm ki, bu səylərdə kimsə Azərbaycan hökumətini "Çərpələng Uçuran"ın müəliifi Xaled Hüseynidən daha effektiv məyus etsin. O, Xədicənin işi barədə səsini ucaltdığı üçün mənim böyük rəğbətimi qazandı. O, Xədicə ilə işləyən və Azərbaycandakı hadisələri yaxından izləyən mən və mənim kimi başqa həmkarlarımdan kənara çıxaraq ictimai şəkildə səsini ucaldan ilk şəxs oldu. Hüseyninin işinə Azərbaycanda hörmət olunur və Xədicə onun Azərbaycan dilinə ilk tərcüməçisi olub.

Amerikanın Səsi: Xədicənin həbsi prezident İlham Əliyev və onun hökumətinin reputasiyasına nə dərəcədə ziyan vurub?

Amanda Rivkin: Mənim regionda yüksək vəzifəli diplomatlarla danışıqlarımdan başa düşdüyüm və inandığım odur ki, Putin və Rusiya hökuməti Azərbaycan prezidenti İlham Əliyevi inandırıb ki, Ukrayna hadisələrinin fonunda ABŞ onu devirməyə çalışır.

Mən əminliklə deyə bilərəm ki, bu yanlışdır və İlham Əliyev özü də xüsusilə Türkiyə, İsrail və Şərqi Avropa ölkələri kimi ABŞ-ın regiondaki müttəfiqlərini təbii qazla və neftlə təmin etməklə uzun illər Qərb maraqlarına xidmət edib.

Mənim regionda yüksək vəzifəli diplomatlarla danışıqlarımdan başa düşdüyüm və inandığım odur ki, Putin və Rusiya hökuməti Azərbaycan prezidenti İlham Əliyevi inandırıb ki, Ukrayna hadisələrinin fonunda ABŞ onu devirməyə çalışır.

Bundan başqa, Rusiya çox guman ki, İranla nüvə anlaşmasından ciddi narahatdır ki, İrana Tehrana tətbiq olunan sanksiyaların bir hissəsinin ləğvinə imkan yarana bilər və ABŞ ölkədə xüsusilə enerji sektoruna geniş yatırımlar qoya bilər.

Birləşmiş Ərəb Əmirliklərinin qeydiyyatdan keçən Halliburton artıq son illər İranda olub və mən 2012-ci ildə Bakıda yaşayanda Halliburtonda çalışan bir neçə iranlı ilə tanış olmuşdum. Aydındır ki, Xədicənin işi və eləcə də İlham Əliyev böyük bir geo-siyasi oyunun kiçik hissəsidir.

Əslində, İlham Əliyev Xədicəni beynəlxalq səviyyədə yüksəldib, indi bəlkə də onu Əliyevdən daha yaxşı tanıyırlar. Mövqeyini qoruyub saxlayan İlham Əliyev əvvəl də, indi də ortaq seçim olaraq qalır və bu, Amerika və Rusiyanın razılaşa bildiyi yeganə hadisələrdəndir.

İlham Əliyevin atası, sabiq prezident Heydər Əliyev demişdi ki, Vaşinqton yeni Moskvadır. Azərbaycan daxilində dramatik siyasi dəyişikliyə çox kiçik istək var və mən inanıram ki, rejim dəyişikliyinə oxşar belə bir yerli istək olmadığı təqdirdə, ABŞ ağılsızlıq etsin və buna cəhd göstərsin.

İlham Əliyevə və onun hökumətinə dəyən zərbələr elə onun özü-özünə vurduğu zərbələrdir. ABŞ hökuməti yaxşı agahdır ki, xüsusilə Liviya, Suriya və İraqda baş verən hadisələrin fonunda hazırda dünyəvi, müqayisədə daha sabit olan müsəlman ölkəsinin başçısını devirmək vaxtı deyil. Azərbaycan Ukrayna deyil. Orada çevriliş etmək, ya İslamçı ya da tam Rusiyapərəst qüvvələrin hakimiyyətə gəlişi ilə nəticələnə bilər.

Amerikanın Səsi: Xədicənin həbsinin Azərbaycan siyasətində yeni dövrün başlanğıcı olduğuna işarə etdiyinə inanırsınızmı? Həm daxili, həm də xarici siyasətdə İlham Əliyev hökumətinin strateji seçimləri ilə Xədicənin həbsi nə dərəcədə bağlıdır?

Amanda Rivkin: Bu barədə artıq danışmışam. Ancaq bəli, qısa olaraq deyim ki, Xədicənin həbsinin davam etməsi Moskvaya yönəlik qərarlı dəyişikliyin mesajlarıdır. Əvvəllər İlham Əliyev və atası qüdrətli dövlətlər arasında qat-qat balanslı addımlar ata bilib və deyə bilərəm ki, bu işin öhdəsindən də böyük bacarıq və qabiliyyətlə gəliblər.

Xədicə İsmayılın həbsi ilə bağlı
bütün xəbərləri ətraflı
BURADA OXU

XS
SM
MD
LG