Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 13:02

Banklar bağlansa, əmanətləri kim qaytaracaq?


Arxiv fotosu
Arxiv fotosu

.

Azərbaycanda banklarda saxlanan bütün əmanətlərin yalnız 30%-ə qədəri sığortalanıb. Yəni, bu və ya digər səbəbdən bankın fəaliyyəti dayanırsa, banklarda olan bütün əmanətlərin hər 10 manatından yalnız 3 manatını Əmanətləri Sığortalanması Fondu qaytara bilər. Qalan 7 manat bata bilər.

Qanunla illik 12% dvidentlə qoyulan əmanətlər də banklar tərəfindən sığortalanır. Amma 12-dən yuxarı faizlə qoyulmuş əmanətlər sığortadan kənarda qalır.

Sığortalanmamış əmanətlər hər il bütün əmanətlərin təxminən yarısını təşkil edir.

Hər il Əmanətlərin Sığortalanması Fondu bu haqda açıqlama verərdi, amma bu ilin 2-ci rübü üçün rəqəmləri açıqlamayıb. Bunları AzadlıqRadiosuna iqtisadçı Samir Əliyev deyir. Əlavə edir ki, dünyanın əksər ölkələrində faizə görə əmanətçinun hüququnu məhdudlaşdırma təcrübəsi yoxdur.

Üstəlik, bank müflis olsa, qanunla əmanətlərin yalnız 30 min manatı qaytarılır. Bundan yuxarı məbləğlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən geri qaytarılmır.

Amma bankın özünün də öhdəlikləri var. Yəni, bank fəaliyyətini dayandıran zaman qiymətləndirmə komissiyası yaradılır, Mərkəzi Bank bu prosesə rəhbərlik edir. Əgər məlum olsa ki, bankın özünün maddi resursları sığortalanmamış əmanətləri qaytarmağa imkan verir, bu zaman bank özü həmin əmanətləri geri qaytarır.

Bunu da AzadlıqRadiosuna hüquqşünas Müzəffər Baxışov deyir.

Bu günlərdə lisenziyası ləğv edilən “AzKreditbank” ASC müştəriləri üçün elan yayıb. Elanda deyilir ki, bu bankdan kredit götürənlər həmin pulları geri qaytarmalıdırlar. Amma bank özünün qəbul etydiyi əmanətləri geri qaytarıb-qaytarmayacağı barədə bir söz demir.

AzadlıqRadiosunun müxbiri banka müştəri rolunda zəng vuranda ona deyiblər ki, bank əmanətləri qaytaracaq, amma bank rəsmisindən müsahibə almaq istəyəndə, danışmaq istəməyiblər.

İqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində yazır ki, banklar üçün sınaq dövrü başlayıb, bu testdən keçə bilməyən xeyli bank bağlana bilər:

“Ötən ilədək “istixana şəraitində bəslənən” Azərbaycan bankları bu ildən ciddi risklərlə üzləşib. Bu vəziyyətdən bankların necə çıxacağı hazırda bir çoxlarını, xüsusilə də banklarda əmanətləri olan müştəriləri düşündürən bir nömrəli məsələyə çevrilib.

Bu günlərdə prezident fərmanı ilə Azərbaycan Beynəlxalq Bankının özəlləşdirməyə açılması, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi bu istiqamətdə narahatçılığı daha da artırıb.

“Fitch” beynəlxalq reytinq agentliyi “Bank Technique” ASC-nin reytinqlərini geri çağırması, 6 ayın yekunlarına görə bəzi bankların (ASB, Access Bank, Mugan Bank, AFB bank və digərlərinin) aktivlərinin əvvəlki rüblə müqayisədə azalması bu istiqamətdə problemlərin davamlı olacağını deməyə əsaslar yaradır”.

Azərbaycanda yastığa yığılan pulların sayı isə getdikcə artır.

Əmanətlərin azalması iyun ayında da davam edib və 40 milyon manat azalaraq 7,56 milyard manata düşüb.

Mərkəzi Bankın rəsmi məlumatına görə ötən may ayında banklardakı əmanətlərin ümumi məbləğində 116 milyon manat azalma baş verib. Əvvəlki ayda bank əmanətləri 64 milyon, martda isə 151 milyon manat aşağı düşmüşdü.

XS
SM
MD
LG