Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:58

ABŞ səfirliyindən Rasim Əliyev açıqlaması


Rasim Əliyev
Rasim Əliyev

-

Avqustun 12-də ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, səfirlik Azərbaycan hökumətinin tam istintaq tədbirlərini həyata keçirmək və bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək öhdəliyini alqışlayır.

Rasim Əliyev «Qəbələ»-«Apollon» qarşılaşmasından sonra futbolçu Cavid Hüseynovun kiprli jurnalistə cavabına «facebook» səhifəsində münasibət bildirib. Bundan sonra futbolçunun qohumları jurnalisti döyüblər. Xəstəxanaya yerləşdirilən Rasim Əliyev avqustun 9-da vəfat edib.

Prezident bu hadisəylə bağlı cinayət işini nəzarətə götürüb.

Artıq jurnalistin ölümü ilə bağlı Cavid Hüseynov da daxil olmaqla 6 nəfər həbs edilib.

Rasim Əliyev Azərbaycanda qətlə yetirilən 3-cü jurnalistdir. 2005-ci ildə Elmar Hüseynov və 2011-cü ildə Rafiq Tağının qətlinin üstü hələ açılmayıb.

XS
SM
MD
LG