Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:51

Rasimi əməliyyat edən cərrah danışdı


Rasim Əliyev
Rasim Əliyev

-

«Xəstəni mən yalnız əməliyyat stolunda görmüşəm. Vəssalam».

Jurnalist Rasim Əliyevi əməliyyat edən cərrah, professor Saday Əliyev açıqlama yayıb.

apa-nın xəbərinə görə, cərrah bildirir ki, onun Rasim Əliyevin nə xəstəxanaya qəbulundan, nə də müayinəsindən xəbəri olub. O, bu proseslərdə iştirak etməyib: «Onun valideynlərini tanımıram, görməmişəm. Mənə yalnız məsul cərrah xəstəni təcili əməliyyat etməyi həvalə etdi və xəstəni mən yalnız əməliyyat stolunda görmüşəm. Vəssalam».

Həkim jurnalistin əməliyyat zamanı hansı vəziyyətdə olduğunu da açıqlayıb: «Əməliyyat zamanı aydın oldu ki, xəstə bədənin hər tərəfini əhatə edən çoxsaylı, ağır travma alıb. Nəticədə xəstənin daxili orqanlarının əksəriyyəti parçalanıb, cırılıb, funksiyasını itirmişdi. Travmanın xarakteri, daxili orqanların vəziyyəti və əməliyyat barədə mən məlumat vermişəm. Alınmış bədən xəsarəti ağır kateqoriyaya aiddir (döş qəfəsinin və qarın nahiyəsinin müştərək travması, qabırğalarının çoxsaylı sınıqları, ağ ciyərin əzilməsi, dalağın partlaması, mədəaltı vəzinin cırılması). Əməliyyatın həcmi travmanın xarakterinə uyğun olub. Lakin çox təəssüf ki, xəstəni xilas etmək mümkün olmadı».​

Avqustun 8-də jurnalist Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər («Semaşko») Kliniki Xəstəxanasına yerləşdirilsə də, sonradam dünyasını dəyişib.

Vəfatından öncə o, jurnalistlərə verdiyi müsahibədə döyülməyinin səbəbini «facebook» sosial şəbəkəsində Qəbələ futbol klubunun futbolçusu Cavid Hüseynovla bağlı yazdıqları ilə əlaqələndirib.

XS
SM
MD
LG