Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:33

PKK komandanı döyüşçülərini təmkinə çağırıb


Kürdüstan İşçi Partiyası – PKK-nın vəzifəli komandanlarından biri silahlı tərəfdarlarına lüzumsuz hücumlardan çəkinməyi əmr edib.

Kürdüstan İşçi Partiyası – PKK-nın vəzifəli komandanlarından biri silahlı tərəfdarlarına lüzumsuz hücumlardan çəkinməyi əmr edib.

PKK icraiyyə komitəsinin üzvü Duran Kalkan yeni atəşkəs elan etməsə də, deyib ki, öz xidmətlərində olan Türkiyə ordusu çağırışılarının və başqa əsgərlərin öldürülməsi PKK qaydalarına ziddir.

2 il yarımlıq atəşəkəsin pozulmasından bu yana 60 polis və əsgər PKK ilə silahlı toqquşmalarda həlak olub.

Türkiyənin Anadolu agentliyi bildirir ki, döyüşlərdə 800-dək PKK silahlısı öldürülüb.

Bu rəqəmi başqa mənbələrlə tutuşdurmaq mümkün olmayıb.

Kalkan deyib ki, o, döyüşçülərinə onlara hücum etməyən hərbçilərə atəş açmağı qadağan edir.

Qərb mediası yazır ki, bu çağırış PKK rəhbərliyinin öz döyüşçüləri üzərində nə dərəcədə nəzarətə malik olması barədə suallar doğurur.

Kalkan həmçinin Türkiyə əsgərlərinə müraciət edərək onları “Erdoğanın toruna” düşməməyə çağırıb.

PKK Erdoğanı qarşıdan gələn seçkilərdə inamlı qələbə qazanmaq məqsədilə atəşkəsi pozmaqda ittiham edib.

XS
SM
MD
LG