Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:36

Kredit borcuna görə özünü asdı


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Sentyabrın 14-də daha bir – üçüncü intihar hadisəsi baş verib.

Ağdaş rayonu, Qəsil kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Cabbarovun meyiti həyətlərində ərik ağacından asılı vəziyyətdə tapılıb.

Məlumatı Virtualaz saytı yayıb.

Ağdaş Rayon Prokurorluğundan faktı təsdiqləyiblər.

Rayon prokurorunun köməkçisi Emil Qurbanov deyib ki, mərhumun banklara külli miqdarda kredit borcu olub, borcunu ödəməkdə çətinlik çəkib.

Mərhum Nizami Cabbarovun qardaşı Kamal Cabbarov Ağdaş Rayon Polis Şöbəsində işləyir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

XS
SM
MD
LG