Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:25

AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalistin mənzilində axtarış aparılıb [FOTOLAR]


İslam Şıxəli
İslam Şıxəli

-
Sentyabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalist İslam Şıxəlinin kirayə qaldığı mənzildə axtarış aparıblar.

Təqdim olunan məhkəmə qərarında axtarışın külli miqdarda maliyyə vəsaiti əldəetmə və vergidən yayınma ittihamları ilə bağlı olduğu göstərilib.

Axtarışın gedişində mənzildə olan texniki avadanlıq - kompüter, kamera, mikrofon, mobil telefon, eləcə də bank çekləri və başqa sənədlər götürülüb. İslam Şıxəliyə aid şəxsiyyət vəsiqəsi, hərbi bilet və s. götürülsə də, xarici pasportu çıxmaqla, ona məxsus şəxsi sənədlərin hamısı qaytarılıb.

Bunu da oxu: Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı​

Axtarış aparılan zaman mənzildə İslam Şıxəlinin özü yox, dostu Orxan Rüstəmzadə olub.

Axtarışdan sonra Orxan Rüstəmzadə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Ona harada işləməsi, necə pul qazanması və s. bənzər suallar verilib. Orxan Rüstəmzadədən Meydan TV və Mingəçevir olayları, eləcə də İslam Şixəli haqqında maraqlanıblar. Ona sentyabrın 28-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağrıldığını İslam Şıxəliyə bildirməyi söyləyiblər.

Baş Prokurorğulun Ağır Cinayətlərə Dair Işlər üzrə İstintaq İdarəsi ötən il dekabrın 26-da AzadlıqRadiosunun Bakı Bürosunda axtarış apararaq, ofisi möhürləmiş və daha sonra radionun əməkdaşları həmin idarədə dindirilmişdi.

AzadlıqRadiosunun Bakı ofisi möhürləndi
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Baş Prokurorluq Bakı Bürosunda aparılan axtarışın Ağır Cinayətlərə Dair Işlər üzrə İstintaq Idarəsində soruşdurulan cinayət işi ilə bağlı olduğunu açıqlamışdı. Bildirilmişdi ki, istintaqa “RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumat daxil olub.

Bunu da oxu: Xədicə İsmayılın həbs xronikası

AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic Bakı ofisinə hücumu pisləmiş, Azərbaycan hakimiyyətini radiodan qisas almaqda suçlamış və bu addımı radionun susdurulmasına yönələn qəddar münasibətin tərkib hissəsi adlandırmışdı.

Hazırda AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl da həbsdədir. O, mənimsəmə və israfçılıq, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri üzrə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum olunub. Əksər beynəlxalq qurumlar və müstəqil şərhçilər bu həbsi qanunsuz sayır, jurnalistin prezidentin ailə biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirirlər.

AzadlıqRadiosu əməkdaşının evində axtarış
AzadlıqRadiosu əməkdaşının evində axtarış

AzadlıqRadiosu əməkdaşının evində axtarış
AzadlıqRadiosu əməkdaşının evində axtarış

AzadlıqRadiosu əməkdaşının evində axtarış
AzadlıqRadiosu əməkdaşının evində axtarış

AzadlıqRadiosu əməkdaşının evində axtarış
AzadlıqRadiosu əməkdaşının evində axtarış

AzadlıqRadiosu əməkdaşının evində axtarış
AzadlıqRadiosu əməkdaşının evində axtarış

​​

AzadlıqRadiosu əməkdaşının evində axtarış
AzadlıqRadiosu əməkdaşının evində axtarış

XS
SM
MD
LG