Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:11

İşğal altındakı rayonlar Azərbaycana qaytarılır?


Azərbaycan ordusu təlimdə
Azərbaycan ordusu təlimdə

►"Ola bilər, Rusiya bu müharibəyə göz yumsun və Azərbaycana şans versin."

Yenə atəşkəsin pozulması haqda xəbərlər intensivləşib, yenə cəbhədən ölüm xəbərləri gəlir.

Son bir neçə gündə Azərbaycan 4 hərbçisini itirib, Ermənistan isə 10-dan artıq. Yaralılar var, atəş səsi səngimir.

Yerli ekspertlərə görə, müharibənin başlanma ehtimalı az deyil, hətta müharibə başlanmasa da, lokal hərbi əməliyyatlar keçirilməsi çox real görünür.

“Turan” informasiya agentliyinin redaktoru Şahin Hacıyev deyir ki, son günlər baş verənlər Qarabağ məsələsində baş verən proseslərin məntiqi nəticəsidir:

“Son bir neçə ayda vəziyyət get-gedə gərginləşir, itkilər artır. Belə olan halda gec-tez hadisələrin miqyası genişlənməlidir. İndiki gərginlik təbiidir. Və bunun artması tamamilə normaldır. Biz qarşıda qısa və ya geniş hərbi əməliyyatların şahidi ola bilərik. Ermənistan prezidenti son bəyanatında dedi ki, “biz baş verənləri cavabsız qoymayacağıq və bu itkilərin heyfini Azərbaycandan çıxacağıq, sərhədboyu hərbi texnikasını, hərbi hissələrini vuracağıq”. Yəni bununla da Ermənistan müharibəyə hazır olduğunu nümayiş etdirir. İndiyədək Azərbaycanın dövlət başçısı da təxminən eyni bəyanatlar verib. Hər iki tərəf də müharibəyə siyasi baxımdan hazır olduğunu göstərir. Əsas addım atılacaq, ya yox, demək çətindir. Ancaq vəziyyət nəzarətdən tam çıxa da bilər. Müharibə hər iki tərəfin istəmədiyi anda başlaya bilər. Bu, müharibəyə çevrilməsə də, ciddi hərbi əməliyyatlar qaçılmaz ola bilər”.

Buna da bax: Cəmil Həsənlinin qızının işində yenilik

Bu, müharibəyə çevrilməsə də, ciddi hərbi əməliyyatlar qaçılmaz ola bilər.

“RUSİYA AZƏRBAYCANA ŞANS VERƏ BİLƏR”

Şahin Hacıyev
Şahin Hacıyev

Hər halda, həmsədr ölkələr bu əməliyyatları sükut içində izləməyəcəklər, buna hansısa şəkildə reaksiya verəcəklər.

Şahin Hacıyevin fikrincə, maraqları təmin olunacağı halda, Rusiyanın bölgədə hərbi əməliyyatların başlanmasına göz yumması istisna deyil:

“Rusiya Qarabağətrafı 5 ya 7 rayonu qaytara bilər. Rusiyaya minnətdar olan Azərbaycan onun respublikada hərbi bazasının yaradılmasına razılıq verə, bununla da Rusiyanın mövqeyi Qafqazda bərpa oluna, Gürcüstan izolyasiyaya düşə bilər. Bu, Rusiya üçün əlverişli plandır”.

Bəs Rusiyanın bu illərdə müttəfiqi olan Ermənistanın qazancı nə olacaq? Azərbaycanlı ekspertlərə görə, bu raunddan Ermənistan itkilərlə çıxacaq, çünki Kreml Yerevanı cəzalandıra bilər. Bu haqda az sonra.

Buna da bax: “Bu sexləri bağlasalar, acından öləcəyik”

“AZƏRBAYCANA SABİTLİK LAZIM DEYİL...”

Əvəz Həsənov
Əvəz Həsənov

Bu məqamda başqa bir politoloqu Əvəz Həsənovu dinləyək. O, baş verənləri belə izah edir:

İndiki halda cəbhə bölgəsində sabitlik, tərəflərin münaqişəyə münasibətində sabitlik Azərbaycana lazım deyil.

“Məncə, Azərbaycan danışıqlara təsir etmək istəyir. Azərbaycan başa düşür ki, ATƏT-in Minsk Qrupu həmsədrləri hər iki tərəfə təzyiq edir, hər iki tərəfin kompromisə getməsini istəyir. Bu halda Azərbaycan göstərmək istəyir ki, kompromisə status-kvo dəyişəcəyi halda gedə bilər. Vaxtilə sabitlik naminə Azərbaycanın status-kvonun qorunmasında marağı vardısa, indi vəziyyət fərqlidir. İndiki halda cəbhə bölgəsində sabitlik, tərəflərin münaqişəyə münasibətində sabitlik Azərbaycana lazım deyil. Ona görə də Bakı status-kvonu dəyişməyə çalışır, Ermənistan isə əksini istəyir. Rusiya da Yerevan kimi Qafqazda müharibənin alovlanmasında maraqlı deyil. Müharibə alovlansa belə, Rusiya sülhməramlılarını buraya gətirə bilməyəcək. Rusiya bölgəyə sülhməramlı gətirmək üçün ya Qarabağı tanımalıdır, ya da Ermənistanı vassalı elan etməlidir. Ermənistan vassal olmaq istəmir, Yerevan Avropa Birliyi ilə danışıqları davam etdirir”.

Əvəz Həsənov deyir ki, vəziyyət qarışıq olduğu üçün Azərbaycan da bundan istifadə etmək istəyir. Və bu Bakı üçün çox səmərəli ola bilər:

“Hökumət başa düşür ki, Rusiyanın başı Suriyadakı vəziyyətə qarışıb, bu ölkə indi onun üçün daha önəmlidir. Moskva Ukraynada da münaqişəni dondurmaq istəyir. Bu halda niyə Qarabağda sabitliyi pozsun? Azərbaycan da fikirləşir ki, cəbhədə təzyiq Ermənistanda gərginliyi artırar ki, bu da cəbhədə uğurlara səbəb ola bilər. Azərbaycan özünü kiçik müharibələrə də hazırlamaq istəyir. Ola bilsin, Rusiya bu müharibələrə gözünü yumsun və Azərbaycana şans versin. Bununla da onun vassallığını qəbul etməyən Ermənistan hökumətini cəzalandırsın. İndiki məqamda Azərbaycanın hücumları, hansısa kəndləri azad etməsi Rusiyanın da xeyrinədir. Məncə, bu sərfəli variant Azərbaycan tərəfindən araşdırılır”.

Politoloq onu da deyir ki, Ermənistan hərbi baxımdan Azərbaycandan hazırlıqlı olsa belə, psixoloji baxımdan müharibə istəmir, arxayındır və hərbi əməliyyatlar onun üçün dərin böhran yarada bilər. “Məncə, Azərbaycan hökuməti yaxınlarda ciddi addım atacaq”, - söyləyir Əvəz Həsənov.

XS
SM
MD
LG