Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:03

Qalmaqal Audi-yə də çatdı


Volkswagen-in eks-prezidenti Martin Winterkorn, 2011
Volkswagen-in eks-prezidenti Martin Winterkorn, 2011

Almaniya prokurorluğu Volkswagen şirkətinin keçmiş prezidenti Martin Winterkorna qarşı dələduzluq ittihamı ilə istintaqa başlayıb. O bu günlərdə şirkətin dizel mühərrikləri ilə bağlı ABŞ-dakı qalmaqaldan sonra istefa vermişdi.

Volkswagen konserninə daxil olan Audi şirkəti sentyabrın 29-da etiraf edib ki, 2 milyon 100 min avtomobilində həmin o qalmaqal yaradan xüsusi proqram qoyulub ki, maşınların testi vaxtı havaya buraxılan zərərli qazları az göstərsin.

Təkcə Avropada belə 1 milyon 420 min Audi maşını var. Söhbət Avro-5 ekoloji standartlı mühıərriki olan A1, A3, A4, A%, A6, TT, Q5, Q3 modellərindən gedir, Avro-6 standartlı mühərriklərdə bu problem yoxdur.

Sentyabr ayında Volkswagen konserninin buraxdığı dizel mehərrikli maşınlarda ekoloji testin nəticələrinin maşının içində olan proqramla saxlalaşdırılması üzə çıxdı və bunun aşkar olunduğu ABŞ-da qalmaqal qopdu.

Buna da bax: İşğal altındakı rayonlar Azərbaycana qaytarılır?

Məlum oldu ki, həmin proqram test vaxtı ekoloji rejimi işə salır, adi vaxtda isə həmin rejim işləmir. Nəticədə maşının vurduğu real ekoloji ziyan onlarla dəfə az görsənir.

ABŞ höküməti konserni məcbur etdi ki, ABŞ-dakı yarım milyon maşınını geri çağırsın. Bunlar 2009-dan indiyə kimi buraxılan maşınlardır. Konsernə 18 milyard cərimə qoyula bilər.

Konsern ABŞ-da satdığı hər maşına görə 37,5 min dollar cərimə verə bilər.

XS
SM
MD
LG