Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:00
Cəmil Həsənli 2014
Cəmil Həsənli 2014

AzadlıqLive - Cəmil Həsənli:"Müxalifətə yer verilməyəcək"

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

14:41 6.10.2015

Yol Polisinin adına Facebook səhifəsini kim açıb?

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Facebook” sosial şəbəkəsində yol polisinin adına açılmış səhifə ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən açıqlamada qeyd olunur ki, həmin səhifənin bu idarəyə aidiyyatı yoxdur.

16:00 6.10.2015

Telman İsmayılova 213 milyon dollar cərimə

Moskva Arbitraj Məhkəməsi Azərbaycandan olan oliqarx Telman İsmayılovun “KBF AST” MMC şirkətinə 213 milyon dollarlıq cərimə kəsib.

“RİA Novosti”nin məlumatına görə, qərar VTB qrupuna daxil olan Moskva Bankının iddiası əsasında çıxarılıb.

Moskva Bankı oktyabrın 5-də Telman İsmayılovun iflas olması ilə bağlı arbitraj məhkəməsinə müraciət edib.

16:19 6.10.2015

Fizika üzrə "Nobel"-in qalibləri "fiziklərin 10 illərlə baş sındırdığı düyünü açıblar"

Fizika üzrə Nobel mükafatı kanadalı alim Arthur McDonald və yaponiyalı Takaaki Kajitaya verilib. Onlar neytrino ossilyasiyalarının ( 3 növ neytrinonun bir birinə çevriməsini) kəşf etdiklərinə görə bu mükafata layiq görülüblər. İsveç Kral Akademiyası bildirir ki, onlar fiziklərin 10 illərlə həll edə bilmədiyi problemi həll ediblər.

Nobel mükafatı 960 min dollardır.

18:59 6.10.2015

İcbari tibbi sığorta 200-ə qədər xidməti əhatə edəcək

"Azərbaycanda icbari tibbi sığorta 200-ə qədər tibbi xidməti əhatə edəcək". Bunu AzadlıqLive-a Milli Məclisin Sosial Siyasət Komtəsinin sədri Hadi Rəcəbli deyir.

Bəs gələn il icbari tibbi sığortanın tətbiq olunacağı nə qədər realdır? Parlamentdə 5 Komitənin birgə iclasında maliyyə naziri Samir Şərifov gələn il icbari tibbi sığortanın tətbiq oluna biləcəyindən danışdı, ancaq o da qəti şəkildə demədi ki, tətbiqinə başlanacaq, dedi ki, "başlana bilər". Keçən il də elə bu vaxtlar rəsmilər deyirdilər ki, gələn il icbari tibbi sığorta tətbiq olunacaq, ancaq olmadı.

Hadi Rəcəbli deyir ki, gələn il Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin başlanacağı ehtimalı çox böyükdür. Ancaq bu, başlanğıcda pilot layihə şəklində olacaq, yəni sınaq üçün hər yerdə yox, bir neçə yerdə tətbiq olunacaq. Ətraflı burada

Hadi Rəcəbli daha nələri dedi?

Gözlə
Embed

No media source currently available

0:00 0:01:38 0:00
Direct-ə keçid

Davamı

XS
SM
MD
LG