Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:24
Cəmil Həsənli 2014
Cəmil Həsənli 2014

AzadlıqLive - Cəmil Həsənli:"Müxalifətə yer verilməyəcək"

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

Azərbaycanda və dünyada baş verən xəbər və hadisələr

13:08 8.10.2015

Amnesty İnternational-ın iki nümayəndəsi deportasiya olunub

Amnesty International insan haqları təşkilatı bildirib ki, onun iki nümayəndəsi Azərbaycana daxil olmaq istəyərkən saxlanıb və deportasiya edilib.

Tə.kilat bildirir ki, hökumət bütün tənqid və fərqli fikirlərin boğulması üçün apardığı repressiya kampaniyasını dayandırmaq niyyətində görünmür

Londonda mənzillənmiş qrup bəyan edib ki, onun Gürcüstan vətəndaşı olan iki nümayəndəsi oktyabrın 7-də Bakı hava limanında immiqrasiya rəsmiləri tərəfindən saxlanaraq deportasiya ediliblər.

13:11 8.10.2015

Putinin 63 yaşını hokkey meydanında qeyd etdi

Rusiya prezidenti Vladimir Putin 63 yaşını Soçidəki "Şayba" arenasında qeyd edib. O "MXL ulduzları" komandasının tərkibində oynayıb və 7 qol vurub.

13:26 8.10.2015

MTRŞ ANS-i məhkəməyə verdi

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media şirkətini məhkəməyə verib.

“Report” xəbər verir ki, ANS-in məhkəməyə verilməsinə səbəb serial çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsidir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTRŞ-in hüquqşünasları bildirib ki, ANS TV Şuraya layihəsini təqdim etdiyi serialı çəkməyib.

"Serial çəkilişi üçün ayrılan 200 min manatın 160 min manatı televiziyaya ödənilmişdi, 40 min manatı isə hələ büdcədədir. ANS serialın çəkilməsi ilə bağlı hesabatı 2015-ci lin iyul ayında təqdim etməli idi. Amma hesabat qeyd olunan tarixdə təqdim olunmadı. Əvəzində, sentyabr ayında bizə çəkdikləri başqa bir serialı gətirdilər və müqavilənin tarixini dəyişərək, çəkməli olduqları serialın yerinə onun qoyulmasını təkif etdilər. Həmin serial ANS-ə dövlət büdcəsindən vəsait ayrılan zaman layihə kimi təqdim etdiyi deyil, tamamilə başqa bir serial idi", - MTRŞ-dən bildirilib.

MTRŞ ANS-dən 160 min manat vəsaitin dövlət büdcəsinə geri qaytarmağı tələb edir.

Xatırladaq ki, ANS də MTRŞ-ı dünən məhkəməyə verib.

13:54 8.10.2015

Tıxac belə olar: Pekində tıxac (foto)

Oktyabrın 6-da bir həftəlik bayramdan qayıdan pekinlilər yolda belə tıxaca düşüblər (Reuters)

Pekin 6 oktyabr 2015
Pekin 6 oktyabr 2015

Davamı

XS
SM
MD
LG